Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

11:09 13-02-2020 | icon 484 | Gündəm
Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən qalib gələn namizədlərin siyahısı müəyyənləşdi.

MSK-nın fevralın 10-da açıqladığı nəticələrə görə, 125 dairənin hər biri üzrə protokollar tərtib olunub.    

 

Versus.az MSK-ya istinadən, qalib gələn namizədlərin partiya mənsubiyyəti üzrə sayını təqdim edir:

 

Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 namizədi qalib gəlib.

Digər partiyaların isə qalib gələn namizədlərin sayına görə siyahı aşağıdakı kimidir:

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3 nəfər

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)  – 1 nəfər

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) – 1 nəfər

Ana Vətən Partiyası (AVP) – 1 nəfər  

Böyük Qurtuluş Partiyası  (BQP) – 1 nəfər

Vəhdət Partiyası (VP) – 1 nəfər

Vətəndaş Birliyi Partiyası (VBP) - 1 nəfər

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – 1 nəfər  

 

Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.

 

Qeyd edək ki, bu seçkilərdə beşinci çağırış Milli Məclisdə təmsil olunan Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)  və Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) heç bir namizədi qalib gəlməyib.

 

Xatırladaq ki, beşinci çağırış Milli Məclisdə də 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. VHP 2, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunurdu. Parlamentin 39 üzvü isə bitərəf deputatlardan ibarət idi.

 

Versus.az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər