Tibb kollecləri sıradan çıxacaq?-Ekspert şərhi

12:48 13-02-2020 | icon 309 | Təhsil
Tibb kollecləri sıradan çıxacaq?-Ekspert şərhi

“Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişikliyə əsasən bir sıra yeni ixtisaslar yaradılıb. O cümlədən tibb bacısı  işi ixtisası da ali təhsil pilləsi üçün nəzərdə tutulub”.

 

Versus.Az xəbər verir ki, Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi xatırladıb.  O, qeyd edir ki, IV qrupda tibb bacısı işi ixtisasının əlavə edilməsi kolleclərdən ləğv edilməsi mənasına gəlməz:

“Bu ixtisas 11 illikdən kolleclərdə mövcud idi. Belə ki, şagirdlər 11 illik buraxılış imtahanları nəticəsi əsasında təhsil ala bilirdilər. Tibb bacısı işi ixtisası əsasən, 1 və 2 saylı tibb kolleclərində, Sumqayıt, Gəncə və s. kimi şəhər  kolleclərində mövcud idi. İndi həmin ixtisasın ali təhsil pilləsi qazanması qeyd olunan kolleclərdən ixtisasın yığışdırılması anlamına gəlməyəcək. Çünki biz diqqət etsək sözügedən kolleclərdə müalicə işi, əczaçılıq, tibbi profilaktika ixtisasları mövcuddur. Məhz bu səbəbdən də düşünürəm ki, tibb bacısı ixtisası həm 11 illikdən kolleclərdə, həm də ali təhsil pilləsində qalacaq”.

“Lakin ali təhsil diplomuna üstünlük veriləcək”-deyə E. Əfəndi sözlərinə əlavə edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub