PA-dan ATƏT nümayəndəsinə cavab:

14:59 13-02-2020 | icon 53 | Geopolitika
PA-dan ATƏT nümayəndəsinə cavab:

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

 

Versus.az xəbər verir ki, H.Hacıyev Azərtac-a açıqlamasında Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxs olduğunu deyib.

 

Prezidentin köməkçisi vurğulayıb ki, ATƏT rəsmisi Azərbaycanda baş verən hadisələri qəsdən şişirdir və siyasiləşdirir:

"Harlem Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir. Lakin "insan haqları uğrunda cəfakeş" Harlem Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda VETO hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb. Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz Harlem Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, Harlem Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Harlem Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

HANI BU QANIN YİYƏSİ?!

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq