Tural Gəncəliyev Kasprşiklə görüşüb

 

16:27 13-02-2020 | icon 436 | Qarabağ
Tural Gəncəliyev Kasprşiklə görüşüb
 

Fevralın 13-də ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü baş tutub.

Versus.az xəbər verir ki, icmadan verilən məlumata görə, görüş zamanı Anjey Kasprşik icma rəhbəri Tural Gəncəliyevi 9 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. 

Tural Gəncəliyev ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəcəyini vurğulayıb.

İcma rəhbəri Tural Gəncəliyev həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.  

Xatırladaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

"Bəzi dairələr buraxılacaq"

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

“57 saylı dairənin məntəqələrində baş verən seçki saxtakalığının ədalətli araşdırılmasını istəyirik” - VİDEO

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı