35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub

17:15 13-02-2020 | icon 159 | Siyasət
35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və onun səlahiyyətli nümayəndəsi Rəfail Tağızadənin şikayətinə baxılıb.

 

Versus.az-ın məlumatına görə, bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.

İbrahimov vurğulayıb ki, 33 seçki məntəqəsinin 30-da qanun pozuntuları baş verib: “Müraciətdə qeyd olunan bütün məntəqələrdə olan qanun pozuntuları araşdırma zamanı da ortaya çıxıb”.

İclasda həmin Seçki Dairəsi üzrə seçkinin nəticələrinin etibarsız hesab edilməsi təklif olunub.

MSK üzvü qeyd edib ki, müraciət qismən təmin edilsin, 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunsun, həmin seçki dairəsi üzrə seçkinin nəticələri etibarsız sayılsın.

Məsələ müzakirəyə çıxarılıb və 35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Hava yağıntılı olacaq

Azərbaycan Ombudsmanı bəyanat yayıb