Hava şəraiti yollarda sürət həddini endirib


Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Versus.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Xəbərə görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. "Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir", - deyə BNA-dan bildirilib.
Xəbər lenti

Komitə sədri ilə RHİMİB sədri şəhid Əlimərdanın atası, xanımı və azyaşlı qızı ilə görüşüblər
Qənirə Paşayeva: "Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb"