600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb

17:05 04-05-2018 | icon 198 | Sağlamlıq
600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb

2008-ci ildən bu günə kimi isə Mərkəzi Neftçilər Xəstəxanasında 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb, iki çarpaz böyrək əməliyyatı icra edilib.

 

Versus.Az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi deyib. O bildirib ki, bu ilin ötən dövründə 7 xəstəyə qaraciyər, 32 xəstəyə isə böyrək köçürülməsi əməliyyatı icra olunub:

 

"Bu il baş tutan əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlaşma qeydə alınmayıb. Xəstələrin ölüm göstəriciləri üzrə nəticələr dünya nəticələri ilə bərabərdir."

 

Qeyd edək ki, bu gün Bakıda stadionlardan birində böyrək və qaraciyər köçürülən xəstələrlə həkimlər arasında futbol matçı baş tutub.

Oyunu Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi təşkil edib.



Oyundan əvvəl jurnalistlərə açıqlama verən Mircəlal Kazımi qeyd edib ki, məqsəd əməliyyat olunan xəstələrin cəmiyyətə qayıtdığını sübut etməkdir:

 

"Çünki insanlar ehtiyat edirlər ki, xəstə yatağa bağlı qalacaq. Xəstələrin, xəstə yaxınlarının həkimlərə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur. Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdır. Bugünkü futbol matçı da bunun bariz sübutudur. Oyunda iştirak edən xəstələrdən ikisi İspaniyada 200 atlet arasında bürünc medal qazanıb".



Oyun xəstələrin qalibiyyəti ilə başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”