“Azərbaycanda yaşayan ermənilər halqası açılmamış qumbaralardı” - MÜSAHİBƏ

18:37 04-05-2018 | icon 1032 | Siyasət
“Azərbaycanda yaşayan ermənilər halqası açılmamış qumbaralardı” - MÜSAHİBƏ

 

Fuad Əliyev: “Özlərini radikal kimi tanıdan müxlifətin yanaşması doğru deyil”

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

 

- Fuad bəy, bu gün bir çox siyasi partiyaların hər hansı  fəaliyyət proqramı ortaya qoymadan özünü yalnız etirazla ifadə etmək istəyi bu düşərgə ilə cəmiyyət arasında hansı  yeni körpüləri yaradır?

 

- Hesab edirəm ki, öz fəaliyyətini yalnız iqtidarı tənqid ətrafında qurub, gündəmdə qalmaq istəyən partiyalar hər kəsə bəllidir. O da məlumdur ki, müxalifət iqtidarın səhvlərini deyən, ona rəqib bir siyasi tərəfdir. Biz hamımız müxalifət olaraq müəyyən problemlərlə bağlı hakimiyyətə tənqidlə yanaşır və məsələlərin həllini tapması tələbləri ilə çıxışlar edirik. Sadəcə olaraq bunun formaları fərqlidir. Cəmiyyətimizdə müəyyən bir kəsim var ki, prezident seçkilərindən sonra “bizi irəliyə, mübarizəyə aparmaq üçün güclü lider lazımdır”- deyə, öz fikirlərini deyirlər. ALDP sədri olaraq belə müraciətlər mənə də olub. Mən deyirəm ki, sizin qaldırdığınız hər hansı məsələ ilə bağlı öndə getməyə hazıram. Cavabları bu olur: “mənim nəyimə lazımdır”. Biri də deyir ki, dükan işlədir, ayrıla bilməz və sair. Bu da onu göstərir ki, insanların özlərinin də öz problemlərinə qarşı laqeyd yanaşmaları var. Axı həyatını yaxşı yöndə dəyişmək istəyən vətəndaş ona mane olan problemləri qabartmalı, özünün etirazını bildirməlidir. Və təbii ki, mən bildirmişəm ki, əgər haqlarınızın müdafiəsinə qalxa bilsəniz liderləri öz içərinizdən tapacaqsınız. Məsələn, götürək düşmən ölkədə baş verən etiraz aksiyasını və müxalifətin lideri Paşinyanı. O, parlamentdə 9 nəfər nümayəndə ilə təmsil olunurdu. Etiraz mitinqinə başladılar və o qabağa çıxıb mitinqlərin önündə oldu və artıq deyir ki, baş nazir olmasa heç nə ilə razılaşmayacaq. Bütün etirazçılar, Daşnaqsyutun Partiyası onu dəstəkləyir. Yəni bu günə qədər heç kəsin tanımadığı bir adam oldu xalqının lideri.

Düşünürəm ki, tənqid də ağıl və məntiqlə olmalıdır. Sözsüz ki, özlərini radikal kimi tanıdan müxalifətin yanaşması doğru deyil və hesab edirəm ki, onların bu mitinq taktikası artıq 2016-cı ildən müxalifətə ziyan gətirir. 2016-cı ildə keçirdikləri 1-ci mitinqdən sonra mitinqlərdə etiarazçıların sayı azaldı. Ötən və bu il göstərdi ki, mitinqlərdə etirazçıların sayında azalma var. Deməli, mitinq taktikası çox səhv bir taktikadır.

 

“Kölgədə qalmaq istəyənlər demaqoqiya ilə məşğul olanlardır”

 

- Siz əvvəldə maraqlı bir məqama toxundunuz. Təxminən dediniz ki, narazı olanlar lider axtarır, amma öz etirazlarını bildirmək üçün başqa cəmiyyətlərdə normal qarşılanan azad toplşmq hüququndan ya istifadə etməyə ərinir, yaxud da laqeydlik göstərirlər. Ola bilərmi ki, məhz cəmiyyətin tramplinləri sayılan ictimi-siyasi təşkilatlar öz passivliyi ilə onları da özlərinə bənzədiblər. Onlar arzu etdikləri liderdən nə gözləyirlər?

 

- Məsələ burasındadır ki, guya lider axtaran, lakin özünün işi olduğunu deyib, kölgədə qalmaq istəyənlər sadəcə demaqoqiya ilə məşğul olanlardır.  Lider “axtarışları” onun məni müxalifətçi kimi ittihamlamaq istəyindən yaranır. Təbii ki, bu da növbəti bir yanlışlıqdır. İnsanlar onu əhatə edən problemlərin həllinə nail olmaq üçün hər hansı nazirlə birbaşa təmas qura bilmirlər. Unudurlar ki, normal dinc şəraitdə aksiyalar keçirib öz sözünü lazımı yerlərə çatdırmaq imkanı var. Amma vətəndaş buna da etinasız yanaşır. Biz isə partiya olaraq toplaşaraq müəyyən məsələlərlə bağlı bəyanatlar verir və hakimiyyətin bütün səhv adımlarını, nöqsanlarını açıqlayırıq. Ən azından biz bunu edirik. Amma vətəndaş sənin hüquqların pozulur, çoxlu problemlərin var, amma bununla bağlı heç nə etmək istəmirsən. Öz məsələnə  dedi-qodu, mətbəx söhbəti kimi yanaşırsan. Yəni o, bu gün bizə nə dəstək verir, nə də özü irəliyə çıxmır.

 

- Cəmiyyətin öz probleminə bu cür laqeyd qalmasının əsas səbəbi nədədir?

 

- Səbəb, bu günə qədər keçirilən mitinqlərin nəticəsizliyidir. Çünki digər ölkələrdə, məsələn Saakaşvili həmişə mitinqlərin önündə olub. Nəvani həmişə birinci cərgədə olub və sair. Amma bizdə mitinqlər başlayır, yerlər dolur, sonra da liderlər gəlirlər. Yürüşlərdə isə ümumiyyətlə iştirak etmirlər. Bu inamsızlq yaradır. Vətəndaş düşünür ki, mən mitinqə gəlirəm, mənim uşağım gedib orda döyülüb-söyülürsə sən niyə burda olmamalısan. Nəyə görə sən birinci tutulmamısan, döyülməmisən. İllər boyu belə hallar baş verib və get-gedə inamsızlıq yaranıb. Rəhmətlik Elçibəy həmişə birinci gedərdi. Ona görə də onun arxasında millət dayanırdı...

Bizim birliyin son iclasında Ağ Partiyanın sədri Tural bəy çox yaxşı bir təklif verdi. Dedi ki, Cümhuriyyətlə bağlı 10-15 partiya sədri qol-qola tutub yürüş keçirək. Çox yaxşı təklif idi. Bizdən başqa heç kəs bunu qəbul etmədi. Axı nəyə görə biz kabinetlərdə oturmalıyıq!

 

- Niyə dəstək verən olmadı?

 

- Ona görə ki, təklif Tural bəydən gəlmişdi. Yəqin düşünüblər ki, bu təklif onlardan gəlməli və başqaları da onlara dəstək durmalı idi. Həmişə bizim müxalifətdə şəxsi ambissiyalar önə keçib. Biz dəfələrlə təkliflər vermişik amma qəbul olunmayıb. Amma 2-3 aydan sonra bu təklifi özləri səsləndirib və gözəl təklif kimi təqdim ediblər. Yəni burda qısqanclıq və birgə fəaliyyətə qarşı çıxmaq cəhdləri var.

 

- Niyə ALDP bir qədər aktiv partiyalarla əməkdaşlıqlar qurmur?

 

- Biz  Siyasi Əmkdaşlıq Mərkəzi olaraq bir çox partiyalara birgə əməkdaşlıqla bağlı təkliflər vermişik. Sadəcə olaraq hələlik müsbət reaksiya yoxdur.

 

“Hələ ki o fikir yaranmayıb...”

 

- Burda siyasi partiyaların artıq kabinetlərdən çıxaraq bir-birinə inteqrasiya yolunu tutub problemləri bir yerdə ortaya qoyma məqamından söz gedir. Əslində nə baş verir, siyasətçiləri kabinetlərə qapadan nədir?

 

- Bəzi partiyalar və sədrləri yenə də gözləmə mövqeyi tutublar. Yenə də suallar “Növbədənkənar parlament seçkiləri olacaq, yoxsa olmaycaq” düşüncəsi ətrafında fırlanır. Əgər olsa, yəqin ki, o zaman həmin konfiqurasiyanın ətrafında düşünəcəklər. Digərləri isə ondan narahatdırlar ki, bu addımı atarlarsa cəmiyyət onlara hansı reaksiyanı verəcək. Şəxsən bizim partiyamız fəaliyyətdədir və addımlarımzı atırıq. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar aprelin 28-dən mayın 28-nə qədər davam edən tədbirlər planı üzərində işləyirik. Partiya üzvlərimizlə birlikdə keçirilən tədbirlərdə birinci sırada dayanıram. Yəni kabinetdə oturmamışam və çəkinmirm. Hesab edirəm ki, partiya sədri həmişə məsələlərin həlli prosesində ön sırada getməlidir. Düşünürəm ki, mən öndə dayanmalıyam ki, birinci zərbə mənə dəysin. Çünki mən özümü qoruya bilərəm. Digərləri haqqında bir söz deyə bilmərəm və yəqin ki, buna onlar özləri cavab verə bilərlər. Amma nəyə görə partiyalar inteqrasiya oluna bilmirlər, turtaq ki, bizim Demokrat Partiyası ilə yaxşı münasibətlərimiz bundan qabaq da var idi, bu seçkilərdə daha da möhkəmləndi. Təhlillər aparılır və yəqin ki, seçkidən sonra biz yenidən hansısa formatda əməkdaşlıq quracağıq. Bundan qabaq qeyd elədim, bizim Ağ Partiya ilə normal münasibətlərimiz var və istənilən tədbirdə bir-birimizə dəstək veririk. Bu gün bir fikir olmlıdır ki, biz onun ətrafında birləşək. Hələ ki, o fikir yaranmayıb. Amma əməkdaşlığa həmişə hazır olmuşuq.

 

“Liberal demokratiya adətimiz yoxdur, daha çox vətənpərvər partiyayıq”

 

- Liberallıq ideologiyasını qəbul etməyən kəsim hesab edir ki, sizlər torpaqların işğalı məsələsində də məhz insanın fərdi azadlığını üstün götürüb prosesə ortaq möve sərgiləyə bilərsiniz. Buna münasibətinizi bildirməniz yaxşı olardı.

 

- Liberallar daha çox insana, vətəndaşa fərdi sərbəstliyin verilməsinin tərəfdarıdır. Liberallar belə hesab edir ki, dövlətin vətəndaşlar üzərində nəzarəti çox az olmalıdır. Liberal Demokratlar deyir ki, yox, dövlət nəqliyyat, enerji, nefti öz nəzarəti altında saxlamalıdır. Bunlar o baxımdan daha kanservativdirlər. Qarabağ məsələsinə gəlincə, Liberal demokratlar münaqişənin yalnız müharibə yolu ilə həllini mümkün hesab edir. Bu məsələdə artıq partiyanın ideologiyası bir kənara qoyulur. Çünki danışıqların heç bir nəticəsi yoxdur. Biz partiya olaraq “Azərbaycan Ermənistan sülh platforması”na qarşı çıxmışıq. Biz dəfələrlə ermənilərin Bakıya gətirilib qəbiristanlıqlara, restoranlara aparılmasını tənqid etmişik. Biz etiraz etmişik ki, nəyə görə erməniləri gətirirsiniz, gəzdirirsiniz,  amma mən burdan bura Nardarana getmək üçün 3 dənə post keçirəm. Nəyə görə erməniləri bura gətirirsiniz. Amma bizim bir nəfər İrəvanda yaşamış azərbaycanlını öz yaşadığı yerə aparmırsınız. Əksinə, Kəlbəcərdə öz qəbirlərini ziyarət etməyə gedən iki azərbaycanlı hələ də erməni əsirliyindədir və onların azad olunması barədə müsbət heç nə görünmür.

Hesab edirəm ki, bəli, burda yaşayan 60 min ermənini qorumalıyıq. Amma onları yüksəltmək, vəzifələrə qoymaq olmaz. Biz torpaqlarımızı geri qaytarmalıyıq. Azərbaycanda yaşayan ermənilər halqası açılmamış bir qumbaradır. İstənilən vaxt bunu aça bilərlər. Liberal demokrat olaraq biz fərdi azadlıqlara üstünlük versək də, torpaqların işğalı məsələsində qəti mövqedəyik və dövlətin torpaqların işğaldan azad olunması ilə bağlı hər bir qərarının yanındayıq. Məsələn, Rusiyada Jirinovski də Liberal Demokrat Partiyasındadır. Amma onlar qeyd edirlər ki, bizim liberal demokratiya adətimiz yoxdur, biz daha çox vətənpərvər partiyayıq. Kim olursan ol, birinci dövlətin, vətənin maraqları öndə olmalıdır.

 

- Növbədənkənar parlament seçkiləri ilə bağlı partiya olaraq nə düşünürsünüz?

 

- Biz partiya olaraq daim seçkilərə hazırlaşırıq. Şaiyələr var ki, parlament seçkiləri də növbədənkənar olacaq. Amma bizim üçün fərqi yoxdur. İstər bələdiyyə, istərsə də parlament seçkiləri olsun, artıq bizim namizədlər bəllidir.

 

- Neçə namizədiniz olacaq?

 

- Çox istədik ki, 60-dan çox namizədimiz olsun.

 

“Mən parlamentdə müxalifət görmürəm”

 

- Fuad bəy, bir çox siyasilər artıq “Parlament müxalifəti”- deyilən anlayışın yox olduğu qənaətindədir. Sizin buna fikriniz nədir?

 

- Sözsüz ki, hakimiyyəti bir partiya təmsil edir. Digər partiyalar isə müxalifət hesab olunur. Yəni iki yönümlü partiya var - iqtidar, müxalifət. Milli Məclisdə olan partiyalar hamısı iqtidaryönlüdür. Təəssüf ki, mən parlamentdə müxalifət görmürəm. Amma ayrı-ayrı çıxışlara diqqət çəksək, BAXCP sədri Qüdrət Həsənquliyevin müxalifyönlü çıxışları olur.

 

- Necə hesab edirsiniz, Prezidentin təyinatının 100 günündən sonra siyasi səhnədə, müxalifətin fəaliyyətində, iqtidar-müxalifət dialoqunda, cəmiyyətin dinamikliyi istiqamətində nələrin baş verə biləcəyi gözlənilir?

 

- Heç nə. Çünki deyilir ki, “hər şey yaxşıdır”. Seçkilər qurtarıb, hamı bir-birini təbrik edib. Kimsə kimisə tənqid edib, kimlərsə təhqir edilib. Amma ümumi vəziyyətə baxanda sakitlikdir. Ona görə də heç nə gözləmirəm. Hakimiyyət daxilindəki problemləri də öz aralarında həll ediblər. Əgər razılığa gəliblərsə, hətta növbədənkənar parlament seçkilərinin ola biləcəyini də düşünmürəm. Amma məntiqlə olmalıdır. Eyni zamanda Qarabağ məsələsində aparılan danışıqlarda da yeni heç nə gözlənilmir. Paşinyan hakimiyyətə gəlsə də, müharibə edəcəyini düşünmürəm. Amma biz Ermənistanda qarışıqlıq yarananda nəsə edib irəliləyə bilərdik. Amma bu şansı buraxdıq. Heç nə dəyişməyəcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS