“Parlamentdə yeni simaları görə biləcəyik”

14:10 14-02-2020 | icon 206 | Siyasət
“Parlamentdə yeni simaları görə biləcəyik”

9 fevral növbədənkənar parlament seçkilərinin gedişatı cəmiyyətimiz və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif formalarda dəyərləndirilir.

Versus.az “Üç nöqtə” yə istinadən ekspertlərin fikirlərini təqdim edir. 

Maraqlıdır, seçki prosesi necə keçdi və beynəlxalq aləmə hansı mesajlarını ötürdü?

 

Politoloq Aydın Quliyev bildirib ki, ümumən deputat korpusunun yenilənməsini, tərkibinin təzələnməsini qənaətbəxş hesab etmək olar. Onun sözlərinə görə, parlamentə yeni düşən yeni isimlərin sırasında olan müəyyən qismi ölkədə populyar şəxsiyyətlər kimi tanısa da, müəyyən hissəsinin ad-familiyaları ilə yeni qarşılaşıb.  

“İlkin təəssürat bundan ibarətdir ki, korpusda hardasa 25-30-a yaxın yeni isimlərə rast gəlmək mümkündür.  Bəziləri belə hesab edirlər ki, yenilənmə daha çox olmalı idi, bəziləri hesab edirlər ki, ümumiyyətlə yenilənmə yoxdur. Amma fikrimcə, burda deputat korpusunun dəyişilməsində bir orta balans prinsipi var.  O mənada ki, nə hədsiz dərəcədə yenilənmə, nə də hədsiz dərəcədə yenilənmənin olmamağı var. Hardasa 25-30 nəfər yeni ismin deputatlar sırasında görsənməsi ümumən prosesin nəticəsinə, yəni korpusun dəyişmə prosesinin yekunlarını qənaətbəxş dəyərləndirməyə əsas verə bilər. Hələlik bu günə olan təəssüratlar bundan ibarətdir. Bilirik ki, bəzi dairələrdə nəticələrdən asılı olaraq təəssüratlar dəyişə bilər. Yəni yenilənən deputatların tərkibində artım ola bilər.  Amma ümumən deputat korpusunun dəyişmə prosesini kəmiyyət nöqteyi nəzərdən hələlik qənaətbəxş  hesab edirəm. Keyfiyyət dəyişilmələrini isə gözləmək lazımdır.  Yəni yeni deputatlar özlərini çox aktiv şəkildə göstərsələr, bundan əvvəlki parlamentdə olan və bizim bir çox hallarda ümidlə yanaşdığımız gənclər kimi yox, daha aktiv deputatlar  kimi özlərini göstərə bilsələr, düşünürəm ki, deputat korpusunun tərkibinin yenilənməsi özünü , həm də keyfiyyət dəyişikliyi kimi də nümayiş etdirəcək. Yəni bu gün biz  hələlik sayca dəyişilmədən danışa bilirik.  İclaslardan başlayandan sonra yeni deputatların fəaliyyətilərinin dərəcəsindən asılı olaraq o yenilənmənin nə dərəcədə keyfiyyət dəyişikliyi kimi xarakterizə oluna biləcəyi haqqında danışmaq mümkün olacaq”.

Ümumən seçkinin gedişinə nəzər salan Aydın Quliyev  eyni zamanda beynəlxalq aləmə verilən mesajların əhəmiyyətinə də toxunub.  Bildirib ki, təbii ki, beynəlxalq təşkilatların özləri bu barədə fikirlərini bildirməkdə davam edəcəklər.

“AŞPA kimi təşkilat öz rəylərini açıqlamasa da, ilkin rəylərdən görünür ki, beynəlxalq təşkilatlar seçkilərin gedişində çox ciddi  nəticələrə təsir göstərə biləcək pozuntuların və neqativlərin qeydə  alınmadığını bildiriblər. Gələcəkdə yekun daha böyük hesabatların necə olacağını  indidən söyləmək çətindir”.

A.Quliyev hesab edir ki, bu seçki beynəlxalq aləmə bir neçə mesaj verə bildi.

“ Bunlardan biri ondan ibarət idi ki, ölkədə seçici aktivliyi qalxan xətt üzrə  gedib. Hər bir dairə üzrə seçicilərin dünənki aktivliyini hər halda 2005, 2010-cu illərdəki aktivliklə müqayisə eləmək olmazdı.  Mesajlardan biri bundan ibarət idi ki,  seçki dairələrində iştirak edən namizədlərin sayında böyük artım var.  Bu o deməkdir ki, cəmiyyətin siyasiləşmə dərəcəsi artıqdır, cəmiyyətin siyasətə meyillənməsi getdikcə artır. Düşünürəm ki, bunlar beynəlxalq aləmə maraqlı mesajlar idi. Həm də  seçkinin texniki olaraq təşkilində həyata  keçirilən bir sıra addımlar Azərbaycanda seçki prosesinin  təşkil olunmasının müasir texniki və texnoloji  nailiyyətlərə əsaslanaraq  daha da təkmilləşdirildiyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Əlbəttə seçki düşünürəm ki, beynəlxalq miqyasda təsirsiz ötüşmədi. Xüsusilə, seçkidə 60-a yaxın dövlətin nümayəndəsinin iştirak etməsi deməyə əsas verir ki, Azərbaycan haqqında təsəvvürlər bir az da genişlənsin. İndi o təsəvvürlərin müsbət ya mənfi, pazitiv yaxud neqativ olacağını orda iştirak edən müşahidəçilər gedəndən sonra  verəcəyi rəylərdən də görəcəyik. Hesab  edirəm ki, mesajlar var”.

“Bu,  seçkilərə kölgə sala bilər”

 

Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ölkədə keçirilən növbədənkənar parlament seçkilərini dəyərləndirərkən bildirib ki, bu gün yeni seçkilərlə bağlı müxtəlif rəylər var və parlamentdə yeni simaların olmasını yüksək dəyərləndirir.  

“Bəli, biz parlamentdə yeni simaları görə biləcəyik. Amma onlar çox sayda deyil. Məsələn, mütəxəssislərdən, iqtisadçı Vüqar Byramovun və  Erkin Qədirlinin Parlamentdə təmsil olunması müsbət haldır. Çünki, bir mütəxəssis olaraq onlara bələdəm”.

Politoloq bununla yanaşı bildirib ki, bir çox dairələrdən olan şikayət və narazılıqlar  araşdırılmalıdır.  Onun fikrincə, narazılıqla müşahidə olunan seçki məntəqələrindəki nəticələr araşdırılmadan qəti qərara veriləcəksə, bu,  seçkilərə kölgə sala bilər.

E.Şahinoğlu eyni zamanda bildirib ki, “vətəndaşın inamını və səsini qazanan şəxslər millət vəkili seçilməlidirlər. Susan, mövqe bildirməyən, fikrini ifadə etməyi bacarmayan, yalnız maaş alan millət vəkilləri Azərbaycana yükdür, Millət vəkilləri fəal qanunvericiliklə məşğul olmalı, hökumət üzərində ciddi nəzarət funksiyasını həyata keçirməlidirlər” kimi şüarların bu seçkidən sonra öz müsbət həllini tapa biləcəyinə ümid edir.  Politoloq hesab edir ki, yeni seçilən bəzi deputatların siyahısına baxılsa, cəmiyyətdən gələn bu tələblər qismən ödənib. Amma bir çox deputatlar var ki, yenidən parlamentə qayıtdı.

Politoloq bununla belə yeni seçkilərin seçicilərin aktivliyi,  namizədlərin çoxluğu, gənclərin bu seçkiyə böyük həvəslə yanaşmaları baxımından irəliyə doğru addım kimi dəyərləndirdi. Politoloq bildirdi ki, vətəndaşın seçkiyə inamını, etinasızlığını aradan qaldırmaq üçün bu gün də mətbuatda yayılan neqativlər aradan qaldırılmalıdır. 

Politoloq eyni zamanda beynəlxalq təşkilatların apardığı müşahidələr əsnasında verdikləri ilkin rəyləri təbii sayıb.  Bildirib ki, beynəlxalq seçki prosesini izləyib və seçici aktivliyini yüksək dəyərləndiriblər.

Bu islahatlar özünü parlamentdə də göstərməli və ortaya yeni simalar çıxarmalı idi”

Politoloq Fikrət Sadıqov bildirib ki, növbədənkənar seçkilərin təşkili və yeni namizədlərin seçilməsi dövrün, zamanın tələbidir.  Onun sözlərinə görə, ölkədə bir çox sahələrdə islahatlar aparılıb və bu islahatlar özünü parlamentdə də göstərməli və ortaya yeni simalar çıxmalı idi.  Politoloq ilkin məlumatlara əsasən parlamentin müəyyən dərəcədə yeniləndiyini bildirdi.  “Deputat korpusunun əsas nüvəsi qalıb. Hakim partiya olaraq onların nümayəndələrinin seçilməsi təccüb və şübhə doğurmamalıdır.  Digər tərəfdən yüni nanizədlər sırasında gənclərin olması özlüyündə müsbət haldır.  Çünki cavanlar bu parlamentə yeni bir nəfəs verməli, yeni qanunların qəbul olunmasında təşəbbüs göstərməlidirlər. Onlar proseslərdə daha fəal iştirak etməli, Azərbaycanın ictimai, siyasi, iqtisadi sahəsində müəyyən töhvələr verməlidirlər. Mənim onlardan gözləntilərim  hər halda böyükdür. Çünki onlar gələcəyin siyasətçiləri, deputatlarıdrlar.  Bu mənada ilkin qiymətləndirmə normaldır, pozitivdir. Düzdür, hələ  bəzi beynəlxalq təşkilatların müşahidəçiləri  öz  fikirlərini qəti şəkildə söyləmədilər.  O da bir reallıqdır ki, müəyyən pozuntular var idi.  Bunlar qələmə alınıb. Əsas pozuntular reaksiya almalıdır. Həqiqətən real pozuntular olubsa, bəzi məntəqələrdə seçkilər yenidən olmalıdır.

 

“Bu seçkilərdə gənclərin həddən artıq aktivlik nümayiş etdirməsinin şahidi olduq”

Politoloq Ramin Məmmədli bildirib ki, bu parlament seçkiləri namizədlərin kütləviliyi ilə yadda qaldı.  O, bildirib ki, bu seçkilərdə xüsusilə yeni simaları gördük, bu seçkilərdə gənclərin həddən artıq aktivlik nümayiş etdirməsinin şahidi olduq.  Politoloq hesab edir ki, indiyə qədər  Azərbaycanda keçirilən parlament seçkilərində gənclərin və digərilərinin bu qədər aktivlik nümayiş etdirmələrinin şahidi olmamışdıq. Politoloq bu mənada parlament seçkiləri ilə bağlı cərəyan edən prosesləri müsbət dəyərləndirməklə, irəliyə doğru addım hesab edib.  O, seçki prosesində əsas etibarilə vətəndaşların deputatlara münasibətdə öz fikirlərini açıq şəkildə bildirib, neqativləri, üstünlükləri dilə gətirmələrini də, insanlara sözlərini demələri üçün müəyyən şəraitin yaradılması baxımından müsbət dəyərləndirib

Səsvermə günü baş verən hadisələrə gəlincə, R.Məmmədli sosial mediada yayımlanan məlumatlara əsaslanaraq bəzi məntəqələrdə prossedur qaydalarında pozuntuların olmasının şahidi olduğunu deyib.  Bunların hər biri tənqid olunacaq məqamlardan biridir.  MSK konkret  seçki məcəlləsinin pozuntuları ilə  bağlı hər  hansı bir fakt açıqlamayıb.  Yalnız 7 dairənin  nəticələri haqqında hər hansı bir məlumat  verilməyib. Bunun nəticələrinin açıqlanmamağı ilə bağlı ilkin məlumat da açıqlanmır. Yəni çox istərdim ki,  Azərbayacan xalqı ölkədə keçirilən seçki kampaniyasında çox vacib şəffaflığı görsün və namizədlərin ədalətli seçkisinin şahidi olsun. Bu, Azərbaycan cəmiyyətində ölkəyə,  vətəninə, dövlətinə daha bağlılıq yaradacaq. Burda baş verən narahatlıq, narazılıq, qanun pozuntusu  və sair məsələlər isə vətındaşımızda öz dövlətinə, vətəninə qarşı etinasızlıq kompleksi formalaşdıra bilər.

Politoloq hesab edir ki, bu seçki prosesində beynəlxalq təşkilatların verdiyi açıqlamalarda söhbət səslərin sayılma prosesindən getmirdi. Onların açıqlamasında o proses yoxdur,çünki onlar səslərin sayılmasında iştirak etməyiblər.  Beynəlxalq nümayəndələr gün ərzində izlədikləri seçki prosesi haqqında rəylər bildiriblər.  Və beynəlxalq təşkilatların ümumiyyətlə fəaliyyət istiqamətində  hər hansı bir ölkəyə irad səsləndirməsinin də şahidi olmamışıq. Beynəlxalq təşkilatların seçkilərdən nə dərəcədə razı qalması ilə bağlı yəqin ki, yaxın günlərdə müəyən məsələlərin şahidi olacağıq./Üç nöqtə/

 

 T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabı nəşr olunub

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bakıda 2-ci İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub