“Əlillər dəstək gözləyirlər”

19:13 04-05-2018 | icon 266 | Sosial
“Əlillər dəstək gözləyirlər”

 

Qənirə Paşayeva:Reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun

 

“Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir”.

 

Versus.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda müzakirələr zamanı Millət vəkili Qənirə Paşayeva bildirib. O, əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb:

 

“Yeni qanun layihəsində əlillərin əmək hüquqları məsələsinə ciddi önəm verilməli və bu istiqamətdə qanunların həyata keçirilməsi mexanizmlər gücləndirilməlidir. Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki, müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var”.

 

Q.Paşayeva "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə haqqında  reklamlarla bağlı qanunvericilikdə edilən dəyişikliklərin müzakirəsi zamanı da çıxış edib, müxtəlif təklif və iradlarını səsləndirib. Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayırıb. O bildirib ki, sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir:

 

"Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maaarifləndirmədə xüsusi bir yeri var. Amma biz onları nadir görürük təəssüf ki. Sosial reklamların tez-tez yayımlanması məsələsi çox vacibdir”.

 

Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan Qənirə Paşayeva bildirib ki, televiziyalar sosial reklamları tez-tez  yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər. Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan Q.Paşayeva KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb:

 

"Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərinin, təhsilin  ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır”.

 

Qənirə Paşayeva bəzi xarici və yerli ölkə həkimlərin, bəzi tibb müəsisələrinin doğru olmayan reklamı zamanı əhalinin aldadıldığına da diqqət çəkib:

 

“Elə xəstəliklər var ki, onların müalicəsi asan deyil və həkim hələ xəstəni görmədən reklam edərək insanlara filan-filan xəstəliklərdən qısa zamanda tam xilas olmaq istəyirsənsə filankəs həkimə, filan klinikaya müraciət et kimi reklamlardan sonra, xəstələr qısa zamanda o xəstəlikdən xilas ola bilməyəndə ciddi narazılıq və inamsızlıq başlayır. Dünyanın inkişaf edən  ölkələrində həkimlərin və klinikaların bu formada reklam olunmasına icazə verməzlər bu cür reklamlar insanları doğru bilgiləndirəcək şəkildə qurulmalıdır. Bizdə də bu məhz bu cür tənzimlənməlidir. Biz onların reklam olunmaq istəyinə qarşı deyilik, amma reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun”.

 

Millət vəkili dərmanlarla bağlı reklam məsələsinə də ciddi diqqət verilməli olduğunu deyib və bu sahədə olan  bugünkü vəziyyətin düzəlməsi üçün təkliflərlə çıxış edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

ALDP sədrindən müstəqillik təbriki

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi