Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub

14:55 08-05-2018 | icon 156 | Mədəniyyət
Xalq Cümhuriyyətinin və Qara Qarayevin 100 illiyi qeyd olunub

Almaniyanın Düsseldorf şəhərinin “Vitgenşteyn” adına Mədəniyyət Mərkəzində Azərbaycan, rus və alman dilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinə həsr olunmuş gecə keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, tədbiri açan Düsseldorf şəhərinin meri Tomas Geysep gecənin təşkilatçısı, “Pinnokio” cəmiyyətinin rəhbəri Lalə Süleymanovaya, Azərbaycandan gəlmiş xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.

 

Daha sonra Çingiz Abdullayev tədbir iştirakçılarına Azərbaycan xalqının böyük mədəni irsi, müxtəlif zamanlarda yaşayıb-yaratmış yazıçı və şairləri haqqında məlumat verib, Qara Qarayevin yaradıcılığı və musiqi irsi haqqında danışıb.

Tədbirin bədii hissəsində Almaniyada musiqi fəaliyyəti ilə məşğul olan həmyerlimiz Anar İbrahimov skripkada Qara Qarayevin əsərlərini ifa edib. Çexiya və Azərbaycanda tanınan dramaturq və şairə Leyla Bəyim Cəfərova isə dahi bəstəkarın 100 illiyinə həsr etdiyi “Yeddi gözəl” adlı lirik əsərini səsləndirib. Bundan sonra, Azərbaycanlı rəssam və gəlincik ustası olan Vəfa Həşimova yubiley üçün hazırladığı yeni kolleksiyasını təqdim edib.

 

Sonda şəhər merinə Leyla Bəyim Cəfərovanın Gülnarə Holun tərcümə etdiyi şeirlər toplusu və Vəfa Həşimovanın hazırladığı gəlinciklərin şəkli əks olunan “Yeddi gözəl” adlı albomu hədiyyə edilib.

Tədbirdə bu günlərdə dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Fuad Poladovun xatirəsi anılıb.

Qeyd edək ki, ədəbi-bədii gecə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Düsseldorf şəhərində fəaliyyət göstərən “Pinnokio” cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."