Millət vəkilinin kitablarının təqdimat və imzalanması mərasimi olub

18:54 09-05-2018 | icon 157 | Ədəbiyyat
Millət vəkilinin kitablarının təqdimat və imzalanması mərasimi olub

 

İmzalanma mərasimi Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində keçirilib.

 

Versus.Az-ın məlumatına görə, imza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Tədbirin təşkili üçün tədbir təşkilatçılarına təşəkkür edən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycandan, Qarabağdan, Türk dünyasından, Kərkük, Axısxa, Krım, Bayırbucaq, Türkməndağı, Təbrizdən, Dərbənd, Borçalı, Kuzey Kıprısdan danışıb və yaxşı öyrənməyə çağırıb.

 

Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmun olduğunu deyib. O, kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib.

 

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından, eyni zamanda, Türk dünyasının probemləri və çıxış yolları barədə danışan millət vəkili gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. Bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik.

Bu kitabların gənclərimiz arasında türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən Q.Paşayeva “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” - deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb. “Kitablara ilk gündən böyük diqqət göstərilməsi bizi çox duyğulandırdı” - deyən millət vəkili Türkiyənin bəzi bölgələrində də bu kitabların təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

Millət vəkili gəncləri maraqlandıran suaları da cavablandıırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”