"Paşinyanın bu fikirləri də Sarkisyanın fikirləri ilə eynidir"

12:11 10-05-2018 | icon 138 | Geopolitika
"Paşinyanın bu fikirləri də Sarkisyanın fikirləri ilə eynidir"

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ ərazisinə səfəri zamanı səsləndirdiyi fikirlər göstərir ki, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur.

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, N.Paşinyan Ermənistanın keçmiş siyasi rəhbərliyinin fikirlərini təkrarlayır:

 

"Belə çıxır ki, Paşinyan bu məsələ ilə bağlı yeni fikirlər də səsləndirmək istəmir. Paşinyanın danışıqlar prosesində maraqlı olması, lakin bu prosesdə qondarma rejimin tərəf kimi iştirakı ilə bağlı fikirləri onun münaqişənin həllində konstruktiv mövqe tutacağına inamı azaltdı. Qondarma rejim münaqişənin həllində heç vaxt tərəf kimi iştirak edə bilməz. Çünki bu münaqişəni də, qondarma rejimi də yaradan işğalçı Ermənistandır. Ona görə də danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Burada Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi artıq onun legitimliyinin qəbul edilməsi anlamına gələ bilər. Bu fikir heç bir halda qəbul edilə bilməz və münaqişənin həllinin dalana dirənməsinə gətirib çıxara bilər".

 

N.Paşinyanın qondarma rejimin müstəqilliyinin tanınması üçün səylərin artırılması ilə bağlı fikirlərinə gəlincə, deputat bildirib ki, yeni baş nazirin bu fikirləri də Serj Sarkisyanın fikirləri ilə eynidir:

 

"Əslində Sarkisyan qondarma rejimin müstəqilliyi ilə bağlı məsələdə Paşinyan qədər israrlı deyildi. Paşinyan Ermənistanla Türkiyə sərhədlərinin də açılmasında maraqlı olduğunu bildirib və bunu Ermənistan üçün vacib hesab edib. Amma Türkiyənin şərti odur ki, Ermənistan işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarını azad etsin və sonra bu məsələ barədə müzakirə aparıla bilər.

Hesab edirəm ki, Paşinyan ölkəsinin iflic, bərbad vəziyyətə düşməsinin ilkin səbəbinin nə olduğu sualına cavab tapa bilməyib. Bu da məlumdur ki, Ermənistanın bərbad vəziyyətə düşməsinin birinci səbəbi Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsidir. Həmin səbəbdən Ermənistan ağır blokada şəraitinə düşüb. Bu blokada çərçivəsində Azərbaycan və Türkiyə Ermənistana həm enerji, həm iqtisadi, həm də nəqliyyat istiqamətləri üzrə sanksiyalar tətbiq edir".

 

E.Nəsirov deyib ki, ümumilikdə N.Paşinyan münaqişənin həlli ilə bağlı heç bir səy göstərmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Rəhbər vəzifələrə maraq azalıb"