"Baş nazirin Şuşaya getməsi qanun pozuntusudur"

12:20 10-05-2018 | icon 130 | Geopolitika
"Baş nazirin Şuşaya getməsi qanun pozuntusudur"

"Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur".

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib. O, qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.

 

Bayram Səfərov həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. Bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur:

 

"Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyətin əvvəlkindən də pis olacaq".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ