"Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə öz ölkəsinin əsl liderinə çevrildi"

15:09 10-05-2018 | icon 118 | Siyasət
"Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə öz ölkəsinin əsl liderinə çevrildi"

"Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb".

 

Versus.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıda Heydər Əliyev Mərkəzində açılan “Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Rusiya Prezident İdarəsinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.

 

Məktubda deyilir:

“Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin məğzini anlamaq qabiliyyəti, böyük təşkilatçılıq istedadı ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb. Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə o, öz ölkəsinin əsl liderinə çevrildi, Azərbaycan ictimaiyyətinin möhkəmlənməsi üçün çox şey etdi.

 

Qeyd edim ki, Heydər Əliyev Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələrinin qurulması, ölkələrimiz arasında səmərəli əməkdaşlığın möhkəmlənməsi və konstruktiv tərəfdaşlığı Azərbaycanın uğurlu inkişafının əsas şərtlərindən biri hesab edirdi. Sevindiricidir ki, bu kursu Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev layiqincə davam etdirir.

 

Bu böyük sərgi tarixçilərin, arxiv işçilərinin və dövlət qurumlarının nümayəndələrinin birgə səylərinin nəticəsidir. Bu sərgidə və onun hazırlığında iştirak edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ