Millət vəkili Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib

17:50 10-05-2018 | icon 436 | Siyasət
Millət vəkili Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışında iştirak edib

 

Türkiyənin ən böyük bölgələrindən biri olan qədim Sivas vilayətində Azərbaycan Qarabağ parkı və Şəhidlər abidəsinin açılış mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Sivasın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı 1000 hektarlarla ərazini əhatə edir. Sivasın mərkəzində yerləşən Azərbaycan Qarabağ parkı və Şəhidlər abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə hazırlanıb. Bunu parkın və abidənin açılışıda Sivas bələdiyyə başqanı Sami Aydın deyib. Hər tərəfində Azərbaycan və Türkiyə bayrağının birlikdə dalğalandığı Şəhidlər abidəsi isə parkın mərkəzində ucaldılıb. “Azərbaycan Qarabağ parkı” və “Şəhidlər” abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Türkiyənin Təhsil naziri İsmet Yılmaz, Sivas bələdiyyəsinin rəhbəri Sami Aydın, Sivas valisi Davut Gül, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

 

Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan haqqında xoş sözlərlə çıxış edən bələdiyyə başqanı Sami Aydın “hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” deyib və yeni açılan parkla abidənin Sivasda böyüyən gənc nəsillər üçün önəmindən danışıb.

 

Türkiyənin Təhsil naziri İsmet Yıldız çıxışında ciddi mesajlar verib:

 

"Dağlıq Qarabağ hər zaman Azərbaycanın bir parçası olub və olmağa da davam edəcək, torpaqlarının işğaldan azad edilməsində Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycanın işğal edilmiş torpaqları qısa zamanda azad edilməlidir".

 

İsmət Yıldız Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin getdikcə daha da gücləndiyini və bundan sonra da güclənəcəyini vurğulayıb.

 

Azərbaycan Qarabağ parkı və Şəhidlər abidəsinin  açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib:

 

“Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olursanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. 2 gün əvvəl qədim Şuşamızın işğalçı Ermənistan tərəfindən işğal olunduğu gün idi və bizim hamımız üçün çox ağırdır və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

 

Millət vəkili Xocalıda körpə yaşlı uşaqlarımızın erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türk dünyasının dörd bir yanında açılmalıdır deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O, bildirib ki, bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

 

Açılışdan sonra Şəhidlər abidəsinin önündə toplaşan qonaqlar Sivasın  mərkəzində “Azərbaycan Qarabağ parkı”nın və “Şəhidlər” abidəsinin bundan sonra sivaslıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayet edəcəyi bildirilib.

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva abidə önündə tədbir iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırmı və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Rəhbər vəzifələrə maraq azalıb"