Qənirə Paşayeva İzmitdə mükafata layiq görülüb

18:31 11-05-2018 | icon 87 | Cəmiyyət
Qənirə Paşayeva İzmitdə mükafata layiq görülüb

 

Millət vəkili QHT təşkilatları ilə görüşdə onları həqiqətlərimizin yayılmasında daha fəal olmağa çağırıb

 

İzmitdə keçirilən konfransda millət vəkili Qənirə Paşayeva Kocaeli Yazarlar və Şairlər Birliyi və Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən mükafata layiq görülüb.

 

Versus.Az xəbər verir ki, görüş zamanı millət vəkili Q.Paşayeva bildirib ki, Türkiyə nə qədər güclənərsə, bu, Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür və türk dünyasının gücü onun birliyindədir. O, bu birliyin daha da gücləndirilməsində aydınlarımızın, yazarlarımızın və şairlərimizin üzəriə böyük vəzifələr düşdüyünü vurğulayıb.

 

Millət vəkili Q.Paşayeva həmçinin İzmir Türk Ocaqları, bir sıra tanınmış QHT, qadın və gənclər təşkilatları ilə də görüşüb və Azərbaycanla əməkdaşlığın artmasının vacibliyini vurğulayıb, türk dünyası birliyi istiqamətində geniş fikir mübadiləsi olub.

 

Q.Paşayeva həmçinin Türkiyənin bir sıra KİV-lərinə geniş müsahibələr verib. Millət vəkili İzmitdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Rəhbər vəzifələrə maraq azalıb"