Qənirə Paşayeva daha bir mükafata layiq görüldü

19:53 11-05-2018 | icon 115 | Cəmiyyət
Qənirə Paşayeva daha bir mükafata layiq görüldü

 

“Türk Dünyası Bacıbəy mükafatı mənim üçün çox böyük dəyər daşıyır”

 

Millət vəkili Qənirə Paşayeva Türk Dünyası Bacıbəy mükafatına layiq görülüb. O, çıxışında türk dünyasından gəlmiş aydınlara çağırış edib.

 

Versus.Az-ın məlumatına görə, Beynəlxalq Türk Dünyası Bacıbey Festivalı çərçivəsində mükafatı millət vəkili Q.Paşayevaya təqdim edən Meram bələdiyyə başqanı Fatma Toru onu türk dünyasına göstərdiyi xidmətlərdən, türk mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq türk insanına dəstəyindən, türk dövlətlərinin və toplumlarının birliyi istiqamətində çalışmalarından və bu istiqamətdə gənclərlə geniş iş aparmasından, türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addımlarından dolayı bu mükafata layiq görüldüyünü bildirib.

 

Konyada Türkiyənin və Türk dünyasının bir sıra rəsmi şəxsləri,  yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə keçrilən festival çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q.Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib.  Bacıbəy anlayışının qədim tariximizdə böyük yeri olduğunu və qadınlarımızın tariximizin bütün mərhələlərində millətimizin inkişafı istiqamətində oynadığı böyük roldan danışan millət vəkili Türk Dünyasında Bacıbəy mükafatının onun üçün çox böyük dəyər daşıdığını söyləyib. Bildirib ki, bu mükafatı özünün türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə türk gəncliyinə böyük örnək olan, yol göstərən türk dünyasının aydın qadınlarını  rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır.

 

Qənirə Paşayeva çıxışıında “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyə nə qədər güclənərsə bu, Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin və bütün türk dünyasının gücüdür” deyib və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən millət vəkili bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş  torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib:

 

“Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistanın işğalından azad edəcəyik. Və belə gözəl festivalları işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”.

 

Millət vəkili türk dünyasının yaşadığı acılardan da geniş danışıb və bildirib ki harada doğulub harada yaşamamızdan asılı olmayaraq qardaş-bacılarımızla bağlı məsələlərdə hər zaman duyarlı olmalıyıq. Azərbaaycanın müstəqiliyyə qədər keçdiyi yoldan və bu günə qədər əldə etdiyi uğurlardan da danışan Q.Paşayeva bildirib ki, bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyiə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və biliyimizi daha da gücləndirməliyik.

 

Millət vəkili tədbir çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistandan gəlmiş nümayəndə heyətləri ilə, Suriya Türkmənləri və Krım Türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycandan danışan Q.Paşayeva türk dünyasının güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb və onlara uğurlar diləyib.

 

Millət vəkili Meramda fəal qadın təşkilatları, gənclər təşkilatları ilə də görüşüb və KİV-lərə geniş müsahibələr verib. Eyni zamanda KONTV-nin canlı yayıpmının da qonağı olub və 2 saat davam edən proqram çərçivəsində Azərbaycan, Qarabağ həqiqətlərindən geniş danışıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək

"Rəhbər vəzifələrə maraq azalıb"