“Ermənistan işğalçı siyasətindən əl çəksə, regional layihələrə qoşulması mümkündür”

15:54 11-03-2020 | icon 102 | Qarabağ
“Ermənistan işğalçı siyasətindən əl çəksə, regional layihələrə qoşulması mümkündür”

Brüsseldə Azərbaycanın və Avropa İttifaqının (Aİ) rəsmilərinin iştirakı ilə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu barədə müzakirələr aparılıb.

 

Versus.Az Azərbaycan Respublikasının Avropa ittifaqı yanındakı Nümayəndəliyinə istinadən xəbər verir ki, cari ilin 5 mart tarixində Avropa Parlamentinin üzvləri - İlhan Kyüçyük və Andris Ameriksin ev sahibliyi ilə “Aİ qonşuluğunda regional və sub-regional əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıb, eləcə də regional əməkdaşlıq formatlarının yaradılmasında təşəbbüskar olmasını qeyd ediblər.

 

Gürcüstan, Türkiyə və Aİ-nin bir sıra yüksək vəzifəli nümayəndələri bir çox iqtisadi, enerji, nəqliyyat və digər məsələlərdə Azərbaycanı etibarlı tərəfdaş kimi xarakterizə edib. Gürcüstanın Aİ yanında Səfiri Nataliya Sabanadze Azərbaycanın dəfələrlə Gürcüstanı xilas etdiyini söyləyib və strateji tərəfdaşlığımızın praktiki əhəmiyyətindən bəhs edib. 

 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayza region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə sabiq prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirib, dahi liderin müəllifi olduğu enerji və nəqliyyat layihələrinin region əhalisinin rifahı üçün müsbət nəticələrindən söz açıb. 

 

Səfir Fuad İsgəndərov məhz ulu öndər Heydər Əliyevin iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulayıb, regional müstəvidə Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etməsindən danışıb. Səfir əlavə edib ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan Ermənistan rəhbərliyi işğalçı siyasətindən əl çəksə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanısa və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa Ermənistanın da regional layihələrə qoşulması mümkündür.

 

Tədbir zamanı çıxış edən digər qonaqlar, Azərbaycanın beynəlxalq arenada müsbət imicinin danılmaz olduğunu vurğulayaraq, ölkəmizin uğurlarının davamlı olacağına əminlik bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Atəşkəs 23 dəfə pozulub

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Hərbi xidmətə çağırış müddəti uzadılır

Sabahın hava proqnozu