Psixoloqdan Operativ Qərargaha Koronavirusla bağlı təklif

16:05 12-03-2020 | icon 321 | Sağlamlıq
Psixoloqdan Operativ Qərargaha Koronavirusla bağlı təklif

Ramil Nəcəfli: "Bu zaman xəstələr avtomatik olaraq özləri özlərini karantinə alacaqlar"

 

Tibbi jurnalist və psixoloq Ramil Nəcəfli Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha Koronavirusla bağlı təklif ünvanlayıb.

 

Versus.Az psixoloqun təklifini təqdim edir:

 

"Bildiyiniz kimi ölkəmiz koronavirusa hazırlıqsız yaxalandı. Ölkəmizdə böhranların idarə olunması ilə bağlı lazımi təcrübə və operativ iş planı indiyəcən olmayıb. Lakin böhranlara və ekstremal durumlara qarşı mübarizədə lazımi bilik və təcrübəni əldə etməyə indi də gecikməmisik. Üstəlik yaranmış vəziyyəti idarə etmək üçün infrastruktur ölkəmizdə mövcuddur. Sadəcə effektiv iş planları və kadrların, potensialın məharətlə idarə edilməsi daha uğurlu nəticələr əldə etməyə imkan verər.


Bu baxımdan biz də öz növbəmizdə Operativ Qərargaha öz təklifimizi vermək qərarına gəldik.


Xahiş edirik İzdihamlı yerlərdə əhalinin kütləvi olaraq temperaturu ölçülsün və kimdə temperatur aşkar olunarsa, belə bir tədbir görülsün. Bu zaman xəstələr avtomatik olaraq özləri özlərini karantinə alacaqlar.
Yayılmanın qarşısı əhəmiyyətli dərəcədə azalacaq.


Kimdə xəstəlik, yoluxucu infeksiya, ciddi qrip varsa, həmin adamlar özləri karantin müəssisələrinə düşməkdən çəkinərək sagalanacan evdə oturub bayıra ictimai yerlərə getməyəcək.


Heç kim istəməz ki, onu numayiskəranə polisin müşayiəti ilə xüsusi geyimli həkimlər virus şübhəsi ilə Koronavirus üçün ayrılmış karantin məntəqələrinə aparsınlar. Ona görə də xəstəykən metrolara, avtobus və iri ticarət mərkəzlərinə getməyəcək və bununla da xəstəliyi başqa insanlara yaya bilməyəcəklər.


Hesab edirik ki, yeni yaranmış TƏBİB digər müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində bu işin öhdəsindən gələ bilər".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA

75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarlandı

96 yaşında universiteti bitirdi - VİDEO

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

“Generalla görüşdüm, Beyrutdakı partlayış hücumdur”

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub