“Whatsapp”da koronavirusla bağlı panika yayanlar polisə çağırılıb

16:42 12-03-2020 | icon 635 | Gündəm
“Whatsapp”da koronavirusla bağlı panika yayanlar polisə çağırılıb

Ehsan Zahidov: "“Whatsapp” üzərindən yayılan səs yazılarının hamısı hüquq mühafizə orqanları tərəfindən araşdırılıb"

 

Zaman-zaman “Whatsapp” üzərindən yayılan səs yazıları insanlar arasında panikaya səbəb olur. Bir müddət əvvəl məktəblərdən uşaq “oğurlayan”ın, “virus aşkarlanmadığı halda “Niquşun Azərbaycanda koronavirus var” “xəbərdarlığı” əhalinin gərginliyini artırdı.

 

“Niquş”dan sonra peyda olan “Tünzalə” adlı sakin isə təlaşla deyirdi ki, bir qrup adam maşınla evlərə yaxınlaşır, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər:

“Evlərə girirlər, guya dezinfeksiya edirlər, qaz kimi bir şeydi buraxırlar. Adamın huşu gedir, evləri soyub çıxıb gedirlər. Ehtiyatlı olun, birdən kimsə gələr, icazə verərsiniz”.

 

Bu gün yayılan “Saat 11-dən axşam saat 5-ə kimi eşikdə paltar qoymayın, koronavirusa görə təyyarə ilə dərman tökəcəklər”-deyən kişi ilə “qızlar, Corat tərəfdə həyətdə gəzən uşaqları və müəllimlərini polislər tutub aparacaq, uşaqlarınızı həyətə buraxmayın”nin səsyazısı isə panikada olan insanların vəziyyətini əndazədən çıxarır.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, “Whatsapp” üzərindən yayılan səs yazılarının hamısı hüquq mühafizə orqanları tərəfindən araşdırılıb:

“Onların kimlikləri müəyyənləşdirilib və polis idarələrinə dəvət olunaraq izahatları alınıb. Onlar əməllərindən peşiman olduqlarını bildiriblər”.

 

E.Zahidov qeyd edib ki, “Whatsapp” səs yazılarına görə məsuliyyətə cəlb olunan yoxdur. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb