Azərbaycan güləş üzrə hərbçilərin dünya çempionatında

12:28 14-05-2018 | icon 123 | İdman
Azərbaycan güləş üzrə hərbçilərin dünya çempionatında

MOİK idmançıları güləş üzrə hərbçilərin dünya çempionatında iştirak etmək məqsədilə Moskvaya yola düşub.

 

Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları mayın 14-dən 20-dək Rusiyanın Moskva şəhərində hərbçilər arasında güləşin sərbəst və yunan-Roma növləri üzrə keçirilən 33-ci dünya çempionatında iştirak edirlər.

 

Versus.Az xəbər verir ki, növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CISM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılıb.

 

Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qızıl medal mükafatçısı mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və dünya birinciliklərinin 4 qat qalibi, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov hazırlayıb.

 

Mərkəzi Ordu İdman Klubu komandasının tərkibində 3 qadın güləşçimiz də sərbəst güləş növündə mübarizə aparacaq.

 

Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir.

Həmçinin komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev Moskvaya yola düsüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ