Alimlər Uti tayfasının ilkin vətəni və mənşəyi haqqında

20:21 13-03-2020 | icon 235 | Tarix
Alimlər Uti tayfasının ilkin vətəni və mənşəyi haqqında

Üçüncü məqalə

 

(əvvəli bu linkdə)

 

İ.M.Dyakonov yazır ki, İran Azərbaycanındakı Zaqros dağlarında yaşayan kutilər e. ə. 2228-ci ildə Mesopotamiyanı işğal edib, burada yüz ildən artıq hökmranlıq etdilər. E. ə. 2104-cü ildə Mesopotamiyada hakimiyyətlərinə son qoyulan kutilər yenidən Zaqros dağlarındakı doğma yerlərinə qayıtdıqda, lullubilər onlara əvvəllər yaşadıqları yerlərdə yaşamağa imkan vermədilər. Belə olduqda kutilər yeni yurd axtarışı məqsədilə, şimala da doğru hərəkət etdilər və hətta Cənubi Qafqazda belə məskunlaşdılar.

 

Urartu mənbələrində onlardan Goycə (Sevan) gölü hövzəsində Eti adlı tayfa kimi bəhs edilmişdir. Herodotun “Tarix” əsərində isə, onların adı Utidir (Bax: И.М.Дьяконов. История Мидии от древнейших времен до конца ıv века до н. э. М - Л. 1956, с. 114-116). Q.Qeybullayev bununla bağlı yazır:

“Sovet tarixşünaslığında Herodotun qeyd etdiyi bu utilər Manna (indiki Cənubi Azərbaycan) ərazisində daha qədimlərdə yaşamış kutilərin sonrakı nəsilləri hesab olunur (Qiyasəddin Qeybullayev. Qarabağ. Etnik və siyasi tarixinə dair. Bakı – 1990, s. 115).

 

Məncə, Manna dövlətinin varlığından bəhs etməyən Herodotun, adlarını sadaladığı Midiya tayfalarından Budı (Herodot. Tarix. I. 101) də kutilərin bir hissəsi olmuşdur”.

 

Firudin Ağasıoğlu kutilərin mənşəyilə bağlı yazır:

 

“... 1500 il ərzində qut adı bəzi hallarda Dəclə - Urmu hövzəsində türklərin ümumi adına çevrilə bildi, yalnız Qut eli dağılandan sonra subar, lulu, kuman, turuk və başqa adlar qut ilə yanaşı işləndi” (F.Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III Bitik. Bakı – 2014, s. 175).

 

Yusif Yusifov:

... Türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir ərazidə - Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta Şimali Qafqaza kimi geniş bir ərazidə baş vermiş siyasi hadisələrdə iştirak etmişlər (Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı – 1994, s. 149).

 

İqrar Əliyev:

Kuti dilini də Şimal – Şərqi Qafqaz dilləri ailəsinə aid etməyə müəyyən əsaslar vardır. Belə bir mülahizə söylənilmişdir ki, udi” (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin etnonimi. Müasir udilər onların qalıqlarıdır) Quti adının refleksidir. Bu yaxınlarda kuti dilinin hindAvropa səciyyəli olması haqqındakı nöqteyi - nəzərin söylənməsi bu problemi daha da mürəkkəbləşdirmiş, kutilər isə daha sonrakı hindavropalılar toxarlarla əlaqələndirilmişdir (Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s.130 – 131).

 

Mənim apardığım tədqiqatlara görə isə, kutilərin sonrakı nəsilləri Azərbaycan ərazisində də yaşamış Budi, Massaget (Mas kut) və Uti türk tayfaları, Kutiqur və Utiqur Hun tayfa birlikləri, danışdıqları dil isə Qıpçaq dili olmuşdur (Bax: Tofiq Əzizov. Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya info.). Udinlərdən fərqli olaraq utilər albanlarla eyni mənşəli tayfadır.

 

Beləliklə, Uti tayfasının ilkin vətəni Cənubi Azərbaycan ərazisidir. Onlar Araz çayından şimaldakı ərazilərə və Mərkəzi Asiyaya da buradan getmişlər. Utilərin Araz çayından şimaldakı ərazilərdə hansı vaxtdan yaşaması sualına hələlik dəqiq cavab vermək mümkün olmasa da, Urartu çarı I Argişti (e. ə. 785- 760) Araz çayından şimaldakı ərazilərə işğalçı yürüş edəndə, burada utilərlə qarşılaşmışdı (Bax: Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı - 1993, s. 280).

 

Kuti və Uti etnonimlərinin mənası.

 

Y.Yusifov yazır ki, mixi qaynaqlarda kuti adı ku kimi də yazılır. Yəni ku tayfanın adı, - t cəm şəkilçisi imiş. Ku türk dillərində “ağ, ağımtıl, sarı, ağımtıl sarı” mənasındadır. Bunu mixi yazılardan birində bir neçə “ağbəniz kuti qulu” məlumatı da təsdiq edir (Bax: Azərbaycan tarixi. ... s. 82). Yazılı mənbələrdəki digər məlumatlar (Strabon. Coğrafiya. XI. 4, 4; Q. Y. Solin. Diqqətəlayiq hadisələr toplusu. XV, 5) da, Kuti (Quti) adının onlara qonşu etnoslardan xeyli ağbəniz (sarışın) və ucaboylu - dağ gövdəli olduqlarına, yəni fiziki görünüşlərinə görə verildiyini sübut edir. Uti adına gəldikdə isə, akademik N. Y. Marr onu “qara adamlar” kimi mənalandırmışdır. Kuti, Uti və Alban tayfalarının eyni mənşəli olmasına və utilərin yaşadığı ərazinin Ağvan adlandırılmasına görə, məncə, Uti adını “ağ adamlar”, Ağvan toponimini “ağların yaşadığı yer” kimi mənalandırmaq tarixi həqiqətə daha yaxındır. Bununla yanaşı, Uti (Utu) Şumerlərin günəş allahı olduğundan, bu adın onlara xüsusilə günəşə sitayış etdiklərinə görə verilməsini də eyni dərəcədə ehtimal etmək olar...

 

(davamı var)

 

TOFİQ ƏZİZBƏYLİ
/tarixçi, arxeoloq/

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

Vətəndaşlara ödənilmiş ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Bakı küçələri axşam saatlarında yuyulub