"Azərbaycan hökuməti hər yerdə öz vətəndaşına sahib çıxacaq"


İbrahim Məmmədov: "Vətəndaşlarımız ölkəyə qayıtmaq istədikdə hökumət bunu təmin edəcək"
"Azərbaycan hökuməti hər yerdə öz vətəndaşına sahib çıxacaq".
Versus.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, dövlətə etibar etmək lazımdır:
"Xarici ölkələrdə olan vətəndaşlarımız ölkəyə qayıtmaq istədikdə hökumət bunu təmin edəcək. Amma hazırda xarici ölkələrdə olan vətəndaşlarımızın bir çoxu ölkəyə qayıtmaq istəmirlər".
Xəbər lenti

Aygün Kazımova “Bu qadın”ı təqdim etdi – VİDEO
Xalq artisti doğum günündə pərəstişkarlarını sevindirib