"Ölkəmizdə koronavirusla bağlı fövqəladə vəziyyət elan edilməsinə ehtiyac yoxdur"

14:24 14-03-2020 | icon 217 | Siyasət
"Ölkəmizdə koronavirusla bağlı fövqəladə vəziyyət elan edilməsinə ehtiyac yoxdur"

Əlisahib Hüseynov: "Zatən Azərbaycan hökuməti elə ilk gündən əhalini bu epidemiyadan qorumaq məqsədilə hərəkətə keçib"

 

"Bəzi siyasilərimiz və ekspertlərimiz təklif edirlər ki, İspaniyada və ABŞ-da koronavirusla mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunduğu kimi bizim ölkəmizdə də fövqəladə vəziyyət elan edilsin. Zənnimizcə, Azərbaycanda belə bir addım atmağa ehtiyac yoxdur".

 

Versus.az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, Tramp ABŞ-ın bütün ştatlarında fövqəladə vəziyyət elan edə bilər və bunun üçün onun kifayət qədər əsası da var. Çünki bu virusun həm yaradıcısı, həm də dünyada yayılmasının əsas səbəbkarlarından biri və birincisi ABŞ-ın özüdür:

 

"Eləcə də Trampın özü də bu işdə məsuliyyət daşıyır. Çünki öldürücü viruslarla bağlı laborator təcrübələrin aparılmasına məhz onun özü tərəfindən icazə verilib. Lakin sonradan həmin elmi-praktik təcrübələrlə bağlı situasiya nəzarətdən çıxıb. ABŞ prezidenti bundan sonra baş verə biləcək daha böyük fəsadların qarşısını almaq üçün hərəkətə keçib və fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qərarı məhz bu məqsədlə verib. Amma sözügedən koronavirus epidemiyası Azərbaycanda və dünyanın bir sıra başqa ölkələrində kritik həddə - pandemiya mərhələsinə çatmayacaq. Çünki bu virus növü konkret olaraq bir neçə ölkə, bir neçə iqlim şəraiti və bir neçə etnos üçün nəzərdə tutulub".

 

Ə.Hüseynovun sözlərinə görə, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. ölkələr isə bu kateqoriyaların heç birinə daxil deyil. Bu səbəbdən ifrata varmaq və əhalidə panik əhval-ruhiyyə yaratmağa da ehtiyac olmadığını vurğulayan partiya sədri bildirib ki, zatən Azərbaycan hökuməti koronavirus məsələsi dünyada yayılmağa başladığı ilk günlərdən əhalini epidemiyadan qorumaq məqsədilə hərəkətə keçib və bununçün gərəkən bütün addımları atmaqdadır:

 

"Nazirlər Kabineti tərəfindən müvafiq komissiya da yaradılıb və xüsusi Fəaliyyət Planı hazırlanıb. Bütün sərhəd-keçid məntəqələrində, hava limanlarında, vətəndaşların sıx toplaşdığı məkanlarda sözügedən virusa yoluxma hallarının qarşısının vaxtında alınması üçün önləyici tədbirlər görülür. Hesab edirəm ki, hazırda bu istiqamətdə görülən işlər qənaətbəxşdir. Azərbaycanda koronavirusla bağlı vəziyyət ABŞ-da, Çində, İspaniyada, İtaliyada və ya İrandakı kimi kritik deyil".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb

Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

Koronavirus neqativindən evi və özünü təmizlə - QƏDİM METOD

Messi Ronaldonu qabaqlayıb, Neymar 3-cü olub

Tualet kağızı panikası

İşsiz qalan striptizçi qadınlar yemək çatdırılması ilə məşğul olurlar – VİDEO