"Bunların mənə aidiyyatı yoxdur" kimi düşüncələrdə olmaq təhlükəli və bağışlanmazdır"

15:43 14-03-2020 | icon 86 | Cəmiyyət
"Bunların mənə aidiyyatı yoxdur" kimi düşüncələrdə olmaq təhlükəli və bağışlanmazdır"

Operativ qərargahın koronavirus əleyhinə həyata keçirdiyi tədbirlər miqyasına və əhatəsinə görə başqa ölkələrdən daha üstündür və səmərəli nəticələri göz qabağındadır.

 

Versus.az trend-ə istinadən bildirir ki, bunu  açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün qorxulu virusla mübarizədə ən yaxşı nəticələrə malik ölkələrdən biri olması da məhz bu məhdudlaşdırıcı tədbirlərin birbaşa nəticəsidir:

"Koronavirusla mübarizənin əsas rəsmi koordinatoru Nazirlər Kabinetinin operativ qərargahı olsa da, ona bütünlüklə cəmiyyətimizin və hər bir insanın zəruri işi kimi baxılmalıdır. Qorxulu epidemiyanın qarşısının alınmasında daha böyük uğurlar cəmiyyətimizin və hər bir fərdin dövlət tədbirlərinə nə qədər dəstək verməsindən və əməl etməsindən asılldır. Azərbaycanda koronavirusun ən qısa müddətdə ram edilməsinin yeganə həlledici şərti bu prosesdə dövlətin tədbirləri ilə hər bir vətəndaşın məsuliyyətli davranışlarının birləşdirilməsidir. Qoruyucu və sağlamlaşdırıcı məhdudiyyət tədbirləri hər bir insanın, bütünlüklə cəmiyyətimizin və dövlətimizin sağlamlıq və təhlükəsizlik məsələsidir. Hər bir insan bilməlidir ki, dövlətin ümumi təhlükəsizliyə xidmət edən tədbirlərinə əməl edilməsində konkret məsuliyyət daşıyır. Məhdudlaşdırıcı dövlət tədbirlərini pozmaq, onlara əməl etməmək, "bunların mənə aidiyyatı yoxdur" kimi düşüncələrdə olmaq təhlükəli və bağışlanmazdır".

Ekspert bildirir ki, virus əleyhinə dövlət tədbirlərinə fəal dəstək vermək və iştirak etmək hər kəsin vətəndaş borcu və vəzifəsidir:

"Dövlətin məhdudlaşdırıcı tədbirlərinə dəstək vermək və icra etmək, eyni zamanda əsassız şayiələrin yayılmasının qarşısını almaq müstəsna dərəcədə vacibdir. Koronavirusla mübarizə dövründə rəsmi və ən dəqiq xəbərlərin daşıyıcısı olmaq, yalnız bu xəbərlərlə işləmək milli təhlükəsizliyimiz üçün çox vacibdir. Bu mərhələdə informasiya təhlükəsizliyimizə də əməl olunması konkret mahiyyət daşıyır. İnformasiya təhlükəsizliyi qaydalarını pozmaq, yalan və təxribat xarakterli xəbərlərin yayılmasında iştirak etmək ciddi hüquqi və vətəndaşlıq məsuliyyəti yaradır. Koronavirusla mübarizə dövründə informasiya təhlükəsizliyi tələblərinə hər kəsin maksimum əməl etməsi milli təhlükəsizliyin vacib elementinə çevrilib. Hamı bilməlidir ki, şüurlu, ya qeyri-şüurlu olmasından asılı olmayaraq virusla mübarizə dövründə yanlış xəbərləri yaymaq təxribatçı mövqedir və ümumi mübarizənin səmərəsinə mənfi təsir göstərir. Yalan və təxribatçı xəbərlərin yayılmasında iştirak etmək mövcud qanunların tələbləri çərçivəsində cinayət məsuliyyəti yaradır və müvafiq dövlət orqanlarının gərəkli addımları atması üçün ortaya ciddi əsaslar qoyur. Həm cinayət məsuliyyətindən yan keçmək, həm də ümummilli mənafelərimiz üçün müstəsna zəruri tədbirlərin daha böyük səmərə verməsinə nail olmaq üçün operativ qərargahın məhdudlaşdırıcı tələblərinə əməl etmək indi hamının vətən və xalq qarşısında başlıca vəzifəsidir".

Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb