"Mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar"

16:03 14-03-2020 | icon 265 | KİV
"Mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar"

Koronavirusla bağlı ölkəmizdə həyata keçirilən tədbirlər mütəşəkkil, məqsədyönlü xarakter daşıyır. Demək olar, bütün sahələrdə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində intensiv işlər görülməkdədir. Belə bir durumda medianın üzərinə də böyük məsuliyyət düşür.

Versus.az trend-ə istinadən xəbər verirki, açıqlamasında Azərbaycan Mətbuat Şurasinin (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görüləcəyi vurğulanıb. "Məlumatda həmçinin KİV-lərdən məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunub. Azərbaycan Mətbuat Şurası da istər dünən, istərsə də martın 4-də yaydığı məlumatında medianın koronavirus infeksiyası ilə bağlı materialların təqdimatına həssas yanaşmasının zəruriliyi diqqətə çatdırıb. Güman edirəm ki, Azərbaycan mediası bunu nəzərə alacaq və alır da" - deyə, Şura sədri vurğulayıb.

MŞ sədri, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinə medianın adekvat reaksiyası barərə də söz açıb. O bildirib ki, məhdudiyyətlər şəraitində media daha dinamik fəaliyyət göstərməlidir. Bunun üçünsə jurnalistlər özləri də təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməlidirlər: "Jurnalistlər müxtəlif toplantılara qatılır, reportajlar hazırlayır. İstər-istəməz insanların kütləvi toplaşdıqları yerlərdə olurlar. İlk növbədə öz sağlamlıqlarını düşünməlidirlər. Yəni başa düşməlidirlər ki, belə şəraitdə onlar ayaqda durmalı, cəmiyyəti informasiya ilə təmin etməlidirlər. Bu, böyük məsuliyyətdir. Bunun üçünsə koronavirus əleyhinə profilaktik tədbirlərə mütləq riayyət vacibdir".

Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum belə durumlarda jurnalistləri peşəkar olmağa çağırır. Peşəkarlıq rəsmi məlumatlara istinad və ya əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Ajiotaj isə yolverilməzdir. "Əslində mediamız və jurnalistlərimiz hazırda kifayət qədər peşəkar davranırlar. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının fəaliyyətini adekvat saymaq mümkündür. Biz bununla bağlı monitorinqimizi davam etdiririk. Əgər ilk vaxtlarda koronavirusla bağlı dezinformasiya tipli bilgilərin yayılması geniş vüsət almışdısa, hazırda bu tendensiya demək olar, yox səviyyəsindədir. Əlbəttə, burada müvafiq dövlət qurumunun, yəni Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti də qiymətləndirilməlidir. Qərargah adından da göründüyü kimi, kifayət qədər opertiv fəaliyyətdədir. Cəmiyyətə sistemli şəkildə informasiya verir" - deyə, o əlavə edib.

 

MŞ sədri eyni zamanda onu da bildirib ki, jurnalistlər və media orqanlarımız müxtəlif sosial şəbəkələrdə koronavirusla bağlı real vəziyyəti əks etdirməyən səs yazılarına qarşı da bir növ, ictimai qınaq formalaşdırıblar. Bunun özü kifayət qədər təqdir olunmalı məqamdır. Ancaq heç bir halda arxayınlaşmaq olmaz. Jurnalistlər bundan sonra daha həssas davranmalıdırlar. Soyuqqanlılıq nümayiş etdirməlidirlər. "Ümumən nəzərə alınmalıdır ki, Azərbaycanda koronavirusla bağlı durum onsuz da hər hansı təşvişə əsas vermir. Yenə də deyirəm, dövlətimiz üzərinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırmaqdadır. İnfeksiyanın yayılma faizi çox aşağıdır, müqayisəli yanaşsaq, demək olar, yox səviyyəsindədir. Bütün bunları obyektiv şəkildə, qərəzsiz cəmiyyətə çatdırmaq lazımdır. Təbii ki, xəstəlikdən qorunma üsullarını da təbliğ etmək son dərəcə vacibdir. Diqqət etmişəm, telekanallarımız və radiolarımız məsələyə, xüsusən də maarifləndirməyə kifayət qədər geniş yer ayırırlar. Ənənəvi media və internet informasiya resurslarımız da həmçinin geri qalmırlar. Təbii ki, sayları əhəmiyyətli dərəcədə azalsa da, saytlarda müəyyən sensasiya yaratmaq meylli təqdimatları da görürük. Mən media orqanının adını çəkmədən konkret bir təqdimatın üzərində dayanacam. Təxmini belə bir sərlövhəli diqqətimizi cəlb etmişdi - Ağ Ciyər İnstitutunda iki nəfər dünyasını dəyişib. Xəbərin məzmunda koronavirusdan bir kəlmə də yoxdur. Məlum olub ki, tibb müəssisəsində yatan iki xəstə dünyasını dəyişib. Amma bilirsiniz, belə sərlövhənin özü istər-istəməz diqqət çəkir. Koronavirus da əsasən ağciyər çatışmazlığı yaradır. Kimisi məzmuna baxır, kimisi heç baxmadan yaddaşında saxlayır və gedir ətrafdakılarla bölüşür. Bu isə istər-istəməz çaşqınlıq yaradır. Əlbəttə, jurnalist də deyə bilər ki, mən xəbər çatdırıram və müəyyən mənada haqlıdır da. Amma gərəkdir ki, media təmsilçiləri hər məqamı nəzərə alsınlar. Adi bir başlığın belə doğuracağı effekt hesablanmalıdır" - deyə, Ə.Amaşov fikrinə aydınlıq gətirib.

 

Versus.az

Xəbər lenti

Əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək

176 məhbusun əfvi hamımız üçün xoş sürpriz oldu

“...erməni təxribatının cavabı olaraq Aprel döyüşü təkrarlana bilərdi” - MÜSAHİBƏ

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

"Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var"

XİN: "Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər"

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

“Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”

"Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək"

Yaşı 65-dən yuxarı şəxslərin pensiyanı necə alacağı açıqlanıb

Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib

Paşayeva və "Hünər" qrupu 500-dən artıq veterana tibbi-gigiyenik ləvazimat göndərib

İcazə vərəqələrini 20 manat müqabilində satıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə çatıb

Vergilərin ödənilməsinin son müddəti açıqlanıb

“Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsi yaradıldı

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür

Keçmiş icra başçısı prorektor təyin edilib

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib