İƏT-ə üzv ölkələrdən ibarət işçi qrupun toplantısı keçirilib

15:42 14-05-2018 | icon 152 | Siyasət
İƏT-ə üzv ölkələrdən ibarət işçi qrupun toplantısı keçirilib

Mayın 12-13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzi (SESRIC), Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının birgə təşkilatçılığı ilə "Müsəlman diasporu: Çağırışlar, qlobal sülh və rifah üçün çətinliklər" mövzusunda İƏT-ə üzv ölkələrdən ibarət işçi qrupun toplantısı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, 2 gün davam edən toplantıda Şimali Afrika, Asiya və Orta Şərqdən bir çox ölkələrin diaspor nümayəndələri, İƏT-ə üzv ölkələrin diaspor sahəsindəki tədqiqatçıları, analitiklər, elm adamları, diaspor təşkilatları rəhbərləri, dövlət qurumlarının, İSESKO və İƏT Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) və digər beynəlxalq təşkilatlarının nümayəndələri iştirak edib.

İclasda SESRIC-in qeyri-müsəlman ölkələrdə yaşayan müsəlman icmaları haqqında hazırladığı hesabat dinlənilib, müsəlman diasporunun qarşılaşdığı problemlər müzakirə edilib.

Tədbirin açılış mərasimində SESRIC Baş direktoru Musa Kulaklıkaya, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Ümit Yardım, Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığının sədr müavini Sait Yusuf çıxış edib.

Musa Kulaklıkaya çıxışında hesabatın hazırlanmasında əsas məqsədlərdən biri də "Qlobal Müsəlman Diaspor Atlası"nın hazırlamaq olduğunu qeyd edərək artan müsəlman əhalisinin təkcə Yaxın Şərq, Şimali Afrika və Asiya,Okeanıya ölkələrinə xas olmadığını bıldrib.

İlkin hesabata görə, dünyadakı müsəlman əhalinin beşdə birindən çoxu bu gün Avropa, Şimali Amerika və Avstraliyada yaşayır. Müsəlmanların sayının Avropada 44 milyonu, ABŞ-da isə 5 milyonu aşdığını göstərən hesabatda, müsəlmanların bu gün dünyadakı ən böyük diasporlardan biri olduğu əks olunub.

Tədbırdə çıxış edən Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları Departamentinin sədr müavini Sayit Yusuf Avropada artan islamafobiya, dini və milli zəmində ayrı-seçkiliyə diqqəti çəkərək, İslam ölkələrinin arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov isə çıxışında son zamanlar Avropada islamofobiya, dini və milli ayrıseçkiliyin artdığı və qlobal terrorun vüsət aldığı vaxtda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda soydaşlarımızın xaricə miqrasiyası, diaspor təşkilatlarının inkişaf mərhələləri, Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib.

 

Sonda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin (İƏT) diaspor təşkilatları arasında əməkdaşlığın artırılması məqsədilə SESRIC tərəfindən hazırlanmış tövsiyə layihəsı geniş müzakirə edilərək əlavə rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək