Türkiyənin ölkəmizdəki səfiri Milli Məclisdə Mədəniyyət komitəsinin sədri ilə görüşüb

09:42 19-03-2020 | icon 108 | Siyasət
Türkiyənin ölkəmizdəki səfiri Milli Məclisdə Mədəniyyət komitəsinin sədri ilə görüşüb

Qənirə Paşayeva: "Mədəniyyət sahəsində münasibətlərimizin dərinləşməsi üçün əlimdən gələni əsirgəməyəcəm"

 

Martın 17-də Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, cənab səfir komitənin sədri Qənirə Paşayevanı bu vəzifəyə seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edib və ona qarşıdakı fəaliyyət dönəmində uğurlar arzulayıb.

 

O, Azərbaycanla Türkiyənin iki qardaş dövlət olaraq hər zaman bir-birinin yanında olduğunu, Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinin ölkələrimiz arası münasibətlərdə hər zaman bir deviz kimi qəbul edildiyindən məmnunluğunu ifadə edib.

Səfir bildirib ki, Türkiyə prezidenti cənab Rəcab Tayyib Ərdoğanın da dediyi kimi, Azərbaycan bizim üçün çox əzizdir və gələcəyə də bir yerdə addımlayacağıq. Türkiyə ilə Azərbaycan arasında bu gün görüləcək çox böyük işlər var. Çünki potensialmız çox böyükdür.

 

Qənirə Paşayeva öz növbəsində səfir Erkan Özorala dəyərli ziyarəti üçün təşəkkürünü bildirib, Türkiyə dövlətinə və xalqına sevgisini bəyan edib. O, parlamentdə millət vəkili olduğu dönəmdə hər zaman iki ölkənin parlamentləri arasındakı dostluq qrupunun tərkibində olmasından, qardaş ölkə ilə sıx əlaqələrindən bəhs edib. Komitə sədri bildirib ki, bundan sonrakı fəaliyyətində də mədəniyyət sahəsində münasibətlərimizin dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür