"Yağışlı-küləkli hava təsir göstərir!"

10:43 19-03-2020 | icon 272 | Gündəm
"Yağışlı-küləkli hava təsir göstərir!"

Mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, son 3 gündə temperatur çoxillik göstəricilərdən aşağı düşərək, gündüz saatlarında 6-8 dərəcə olmaqla qış aylarının temperaturuna yaxınlaşıb.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva son günlərin hava şəraitini şərh edərkən deyib.

 

O bildirib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib:

 

"Respublika ərazisində bəzi vaxtlarda yağıntılar müşahidə olunub. Dağlıq rayonlarda hətta qalınlığı 1-12 sm qədər qar örtüyü yaranıb. Şimal küləyi güclənib. Abşeronun xilaskarı olan bu külək nəticəsində havanın nə dərəcədə təmizlənməsi vizual olaraq görünür. Sinoptik durumu müəyyən edən şimal-qərb antitsiklonunun daxil olması ilə nisbətən yüksək təzyiq sahəsinin üstünlüyü hesabına hava oksigenlə zənginləşib. Güclü şimal küləyinin təsiri ilə isə havanın tərkibində olan asılı toz hissəcikləri və zərərli maddələr uzaqlaşdırılıb ki, bu da atmosferin aşağı qatlarında havanın təmizlənməsi ilə nəticələnib. Havanın keyfiyyətinin monitorinqi üzrə avtomat stansiyaların məlumatlarına əsasən Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib.

Tutqun hava bəzi insanların əhvalına mənfi təsir göstərsə də, optimist insanlar belə dəyişkənliklərdə də müsbət halları görməyi bacarırlar. Buna əlavə olaraq, bir qədər də optimizmi artırmaq üçün bildiririk ki, həkimlərin rəyinə görə müşahidə olunan yağışlı-küləkli hava şəraiti koronavirus infeksiyasının inkişafına mənfi təsir göstərir. Hətta qeyri-sabit hava da özündə müsbət amil daşıya bilər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb

Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

Koronavirus neqativindən evi və özünü təmizlə - QƏDİM METOD

Messi Ronaldonu qabaqlayıb, Neymar 3-cü olub

Tualet kağızı panikası

İşsiz qalan striptizçi qadınlar yemək çatdırılması ilə məşğul olurlar – VİDEO