Bakıya gələn 470 maşın geri qaytarıldı

10:46 19-03-2020 | icon 134 | Sosial
Bakıya gələn 470 maşın geri qaytarıldı

"Qeydiyyatda olmayanlar paytaxta gəlməsin"

 

“Dünən gecə saat 12-dən sonra təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb”.

 

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı suallarını cavablandırarkən bildirib.

 

K.Əliyevin sözlərinə görə, hazırda vətəndaşalar Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qadağasına riayət edir:

 

“Gecə saat 12-dən sonra yolda hansısa səbəbdən ləngiyən, hava şəraitinə görə gecikən sürücülər israrla daxil olmaq istəsələr də, Bakı qeydiyyatı olmayan şəxslər Bakı, Sumqayıt, Abşeron ərazisinə buraxılmadı.

Bir sözlə şəhər qeydiyyatı olmayan bir nəfərə də güzəşt edilmədi. Bir daha qeyd edirəm ki, məhdudiyyət martın 29-na kimi davam edəcək. Ona görə də heç kəs qadağanı pozmağa cəhd göstərməsin. Çünki bununla bağlı ciddi intizam tənbehi tədbiri də görüləcək”.

 

Polis polkovniki qeyd edib ki, qadağa martın 29-na kimi davam edəcək:

 

“Söhbət Bakıya girişdən gedir. Şəhərdən çıxışda heç bir məhdudiyyət yoxdur. Amma məsələ burasındadır ki, avobus və dəmir yolu sahəsində fəaliyyət dayandırılıb.

Qadağaya görə, şəhəri tərk edən və qeydiyyatda olmayan şəxslər yalnız martın 29-dan sonra şəhərə daxil ola bilərlər. Əhalidən bir daha xahiş edirik ki, tətbiq edilən qadağalara ciddi riayət etsinlər, Bakı, Sumqayıt və Abşerona qeydiyyatı olmayan şəxslərin sərnişin qismində belə gəlməsinə cəhd göstərməsinlər”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

Əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək

176 məhbusun əfvi hamımız üçün xoş sürpriz oldu

“...erməni təxribatının cavabı olaraq Aprel döyüşü təkrarlana bilərdi” - MÜSAHİBƏ

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

"Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var"

XİN: "Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər"

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

“Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”

"Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək"

Yaşı 65-dən yuxarı şəxslərin pensiyanı necə alacağı açıqlanıb

Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib

Paşayeva və "Hünər" qrupu 500-dən artıq veterana tibbi-gigiyenik ləvazimat göndərib

İcazə vərəqələrini 20 manat müqabilində satıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə çatıb

Vergilərin ödənilməsinin son müddəti açıqlanıb

“Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsi yaradıldı

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür

Keçmiş icra başçısı prorektor təyin edilib

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib