Dağlıq Qarabağda 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

10:58 19-03-2020 | icon 563 | Qarabağ
Dağlıq Qarabağda 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.

 

Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib.

 

M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:

“Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında “Кавказскаго края” adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb".

 

M.Bayramov qeyd edib ki, Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün “Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi” və “Azərbaycan hidronimləri xəritəsi”ni alimlərlə birlikdə hazırlayıb nəşr ediblər:

"Müəssisəmizdə nəşr edilən “Azərbaycanın tarixi atlası”, “Azərbaycan Səfəvilər dövləti (XVI əsr)” , “Qafqaz 1903-cü il” və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib". /trend.az/

 

Versus.Az

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb