İmtahanlarla əlaqədar lazımi məlumatlar veriləcək

18:05 19-03-2020 | icon 308 | Təhsil
İmtahanlarla əlaqədar lazımi məlumatlar veriləcək

“Bildiyiniz kimi bugünlərdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir və bu çərçivədə bir sıra kütləvi tədbirlər təxirə salınıb. Dövlət İmtahan Mərkəzi də vətəndaşların sağlamlığını qorumaq məqsədilə kütləvi imtahanların keçirilməsini müvəqqəti dayandırıb”.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Novruz bayramı ilə əlaqədar təbrik məktubunda qeyd edilib. 

 

Bildirilib ki, görülən tədbirlər ictimai həyatın digər sahələrində olduğu kimi, tədris prosesində də ləngimələrə səbəb olsa da, insan sağlamlığının hər şeydən dəyərli olması bu tədbirləri zəruri edir:

“Hər birimiz özümüz və yaxınlarımızın qayğısına qalmalı, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən tövsiyə olunan qoruyucu tədbirlərə riayət etməliyik. Pis günün ömrü az olar. Əminik ki, dövlət və vətəndaşlarımızın birgə səyi ilə bu problem yaxın vaxtlarda öz həllini tapacaq və hər birimiz normal iş rejiminə qayıdacağıq. Rəsmi olaraq tədris prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı, o cümlədən tədris prosesini davam etdirməyə imkan verir. 

Biz sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, müəllimlərimiz, tələbə yoldaşlarımızla ünsiyyəti davam etdirə, lazımi məlumatları əldə edə bilərik. Bir sözlə, müasir dünyanın gətirdiyi problemləri, elə müasir dünyanın təmin etdiyi imkanlarla həll etmək mümkündür. Bütün proses boyu Dövlət İmtahan Mərkəzi həmişə olduğu kimi sizin yanınızda olacaq, sizi gələcək imtahanlarla əlaqədar lazımi məlumatlarla təmin edəcək”. 

 

Müraciətdə deyilir ki, DİM-in rəsmi internet səhifəsi, sosial media kanalları, həmçinin Çağrı Mərkəzi vasitəsilə insanları maraqlandıran bütün suallara cavab tapmaq mümkün olacaq:

“Bu müddətdə abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“Evlərimiz səngərə çevrilib”