Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

18:07 19-03-2020 | icon 87 | İqtisadiyyat
Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Versus.Az-a verilən məlumata görə, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

 

“Nəzərinizə çatdırırıq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-də saat 03:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”, - deyə ADY-dən bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb

Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

Messi Ronaldonu qabaqlayıb, Neymar 3-cü olub

Koronavirus neqativindən evi və özünü təmizlə - QƏDİM METOD

Tualet kağızı panikası

İşsiz qalan striptizçi qadınlar yemək çatdırılması ilə məşğul olurlar – VİDEO