"Vəziyyət daha da pisləşəcək" mesajları vermək doğru deyil"

01:11 20-03-2020 | icon 185 | Siyasət
"Vəziyyət daha da pisləşəcək" mesajları vermək doğru deyil"

Razi Nurullayev: "Virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir"

 

"Koronavirusla bağlı panika yaratmaq, vəziyyəti gərginləşdirmək, əmin-amanlığı pozmaq, əhalinin narahatlığını artırmaq, "vəziyyət daha da pisləşəcək" mesajları vermək doğru deyil".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

 

Millət vəkili qeyd edib ki, virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə də yolverilməzdir və birinci növbədə bunun ziyanını Azərbaycan vətəndaşları çəkəcək. Onun sözlərinə görə, süni şəkildə panika artıqca, insanlar banklara qaçır və əllərindəki manatı dollara dəyişmək üçün növbə tuturlar:

"Biz özümüz manatı dəyərsizləşdirməyək, süni bahalıq yaratmayaq, şaiyələr yaymayaq. Virus panikasını iqtidarı zəiflətmək üçün istifadə yolverilməzdir, bunun ziyanını vətəndaşlar çəkəcək, islahatlar dalğasını isə dayandıracaq.

Apteklərdə bəzən spirtlər çatışmır. Çünki, bir evdə 5 ailə üzvü varsa, hamısı ayrı-ayrılqıda apteklərə üz tutur və hər gün spirt, maska alırlar. Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var. İnternetdə axtarış etdim və gördüm ki, demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə maska və spirt çatışmazlığı var. Heç bir ölkənin bir neçə illik ehtiyatı yoxdur. Belə vəziyyəti heç kim hesablamamışdı, amma şükürlər olsun ki, hər şey nəzarət altındadır və ölkəmizin vəziyyəti başqa ölkələrə nisbətən çox yaxşıdır".

 

Hökumətin addımını da qiymətləndirmək lazım olduğunu vurğulayan R.Nurullayev qeyd etdi ki, cəmi 33 təsdiq olunmuş xəstə var, vəziyyət ciddi nəzarət altındadır. Hökumət vacib olan addımları atıb və atmaqdadır:

"Sevinməliyik ki, bu qədər ciddi addımlar atıldı və ölkə rəhbərliyinin qətiyyətli iradəsi ortaya qoyulub. Hər gün parlament binasında oluram, müxtəlif adamlarla görüşürəm və görürəm ki, çox ciddi addımlar atılır. Hökumətin elə strukturları var ki, 24 saat işləyirlər. Onlar ciddi risk altında vəzifə borclarını yerinə yetirirlər, biz də öz növbəmizdə onlara çox sağ ol deməliyik!"

 

Əhalini panikaya, şaiyəyə, əsasız statuslara, məqalələrə, çıxışlara yol verməməyə çağıran millət vəkili neftin ucuzlaşmasına sevinənlərə müraciətlə bildirdi ki, neft ucuzlaşdıqca, əhalinin sosial rifahı üçün həyata keçirilən layihələr də dondurulur:

"Uşaq pulu məsələsi gündəmdə idi, onu ən çox mən qaldırırdım, daha bunu edə bilmirəm. Ölkənin kasıblaşmasına sevinməyin!

Həmrəylik, inteqrasiya zamanıdır! Allah Azərbaycanı qorusun və qoruyacaq!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir