Partiyanın qərargahında dezinfeksiya işləri aparılıb

16:34 21-03-2020 | icon 196 | Siyasət
Partiyanın qərargahında dezinfeksiya işləri aparılıb

Əlisahib Hüseynov: "Partiya olaraq iş rejimimizdə müəyyən dəyişikliklər etmişik"

 

"Koronavirus pandemiyası bütün rəsmi qurumlar və kütləvi təşkilatlarda olduğu kimi, bizim də fəaliyyətimizdə və iş rejimimizdə müəyyən dəyişikliklərə səbəb olub".

 

Versus.Az xəbər verir ki, bu barədə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

Əlisahib Hüseynov qeyd edib ki, siyasi partiyalar arasında koronavirusa qarşı önləyici tədbirlər həyata keçirilməsi təşəbbüsü ilə ilk çıxış edənlərdən biri olan DADP-ın mərkəzi qərargahında elə ilk günlərdən dezinfeksiya işləri aparılıb:

 

"Əməkdaşlarımızın hər birinə gigiyena qaydalarına ciddi surətdə əməl etmələri tapşırılıb. Həmçinin kütləvi tədbirləri və iclasları da təxirə salmışıq. Qəbul günlərini qeyri-müəyyən müddətə dayandırmışıq. Rayon təşkilatlarımızın üzvləri ilə telefon və internet vasitəsilə əlaqə saxlayırıq. Əməkdaşlarımızın əksəriyyətini evə buraxmışıq. Hazırda partiyanın mərkəzi aparatında yalnız bir neçə əməkdaş fəaliyyət göstərir. Bu gündən etibarən isə bütün əməkdaşlarımızı həm koronavirusa qarşı mübarizə çərçivəsində, həm də Novruz bayramı ilə əlaqədar olaraq tətilə buraxırıq. İşlərimizin önəmli bir hissəsini onlayn rejimdə davam etdirəcəyik. Dövləti tərəfindən bu xəstəliyə qarşı görülən bütün tədbirləri səmərəli hesab edir və dəstəkləyirik. Görülən işlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Bu mənada hər bir vətəndaş kimi biz DADP-çilər də öz məsuliyyətimizi dərk edirik.

Allah xalqımızı və ölkəmizi hər cür xəstəliklərdən, bəlalardan və təbii fəlakətlərdən qorusun. Hər kəsə hüzur və sağlamlıq diləyirik!"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb

Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

Koronavirus neqativindən evi və özünü təmizlə - QƏDİM METOD

Messi Ronaldonu qabaqlayıb, Neymar 3-cü olub

Tualet kağızı panikası

İşsiz qalan striptizçi qadınlar yemək çatdırılması ilə məşğul olurlar – VİDEO