Dünya Alpaqut Federasiyası da Prezidentin təşəbbüsünə qoşuldu

19:30 21-03-2020 | icon 144 | Cəmiyyət
Dünya Alpaqut Federasiyası da Prezidentin təşəbbüsünə qoşuldu

Qənirə Paşayeva: "Bunu milli həmrəylik kampaniyasına çevirmək hədəfimiz olmalıdır"

 

Dünya Alpaqut Federasiyası cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək.


Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili, MM-in Mədəniyyət komitəsinin sədri, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayeva deyib.


O, bildirib ki, belə bir təşəbbüslə bu gün fedederasiya qarşısında çıxış edib:


“Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri Vasif Namazov təklifi yüksək qiymətləndirərək, İdarə Heyəti üzvlərinin hər biri ilə ayrı-ayrılıqda müzakirə apardı və yekdilliklə təşəbbüsə qoşulmaqla bağlı qərar verildi. Eyni zamanda, Azərbaycan Alpaqut Federasiyasının rəhbəri Qüdrət Nuriyev də böyük məmnuniyyətlə bu təşəbbüsə qoşulduğunu bildirdi və AAF də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülmək qərarı verdi”.


Q.Paşayeva bildirib ki, əsas məsələ bu məqamda vəsaitin həcmi deyil, milli birlik və həmrəyliyin nümayiş olunmasıdır:

“Bunu milli həmrəylik kampaniyasına çevirmək hədəfimiz olmalıdır və mən fürsətdən istifadə edib, bütün federasiyalarımızı bu çağırışa qoşulmağa səsləyirəm”.


Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Bunun ardınca millət vəkilləri də daxil olmaqla, Azərbaycanın böyük şirkətləri bu təşəbbüsə qoşulublar.


Dünya Alpaqut Federasiyası Turan döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə yaradılmış rəsmi beynəlxalq idman təşkilatıdır. 2014-cü ildə qurulub.


Mahmud Kaşğarlının “Dinavi-lüğət-it-türk” əsərində “alpagut” sözü “təkbaşına düşmənə hücum edən və heç bir tərəfdən ələ keçməyən igid” kimi izah olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“Evlərimiz səngərə çevrilib”