"Xəzər" TV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək

12:39 22-03-2020 | icon 76 | KİV
"Xəzər" TV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək

"Xəzər" televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.

 

Versus.Az xəbər verir ki, bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Baş direktor bildirib ki, koronavirusla mübarizə tədbirlərinin işıqlandırılması və əhalinin maarifləndirilməsi ilə bağlı bütün resurslarını səfərbər edən "Xəzər" Media Holdinqi Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da öz töhfəsini verəcək. "Koronavirusla mübarizəyə öz dəstəyimizi nümayiş etdirmək istəyirik. Ona görə də media qurumları arasında ilk olaraq biz bu addımı atırıq. Bütün daxili ehtiyatlarımızı səfərbər edərək, bu fonda 50 min manat dəstəklə çıxış edirik",- deyə Murad Dadaşov bildirib.

 

Baş direktor deyib ki, koronavirus pandemiyası ilə mübarizə artıq milli məsələyə çevrilib. Onun sözlərinə görə, bu məqamda dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bütün imkanları ilə bu mübarizəyə qoşulmaq hər cür korporativ maraqların fövqündə dayanmalıdır. "İstəyirik ki, bütün  şirkətlər, qurumlar, biznes strukturları, media orqanları öz korporativ maraqlarını bir anlıq kənara qoysunlar. Hazırda əsas marağımız Cənab Prezidentin bu addımına dəstək olmaqdır. Bu məsələdə vahid xalq kimi özümüzü göstərməliyik",- deyə o, qeyd edib.

 

"Xəzər" televiziyasının Baş direktoru onu da bildirib ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan  dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir