Şair-yazıçı yaradıcı insanlara şəxsi arxivlərini qaydaya salmağı tövsiyə edib

16:11 22-03-2020 | icon 188 | Mədəniyyət
Şair-yazıçı yaradıcı insanlara şəxsi arxivlərini qaydaya salmağı tövsiyə edib

Baba Vəziroğlu: “Qayda-qanunlara əməl eləsək, bu bəladan asanlıqla qurtulacağıq”

 

“Koronavirusla mübarizə ilə əlaqədar dövlət tərəfindən atılan addımlar çox yüksək səviyyədədir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında şair-yazıçı Baba Vəziroğlu bildirib.

 

Vəziroğlu deyib ki, koronavirusla mübarizədə dövlətin ən ali rəhbərliyi səviyyəsində hər cür tədbir görülür:

“Xəstəliyin pandemiyaya çevrilməməsi, mövsümi infeksiya kimi gəlib-keçməsi üçün bütün xırdalıqlar nəzərə alınır ki, insanlarımız yoluxmasın, bizdə də dünyanın bir sıra ölkələrindəki kimi ölüm halı yüksəlməsin. Xəstələnənlər varsa belə, izolə olunsunlar, sağalıb evlərinə qayıtsınlar”.

 

Onun sözlərinə görə, insanların xəstəliyə münasibətindən asılı olaraq gələcək taleləri də müəyyənləşəcək:

“İndiki halda soyuq başla hərəkət eləmək lazımdır. Dövlət hər şeyi nəzərə alır, ən ali çinli məmurlar Nazirlər Kabinetinin koronavirusla mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın üzvüdürlər. Hər gün informasiyalar verilir, müəyyən tədbirlər görülür. Koronovirus şübhəsi olan xəstələr üçün xüsusi xəstəxanalar ayrılıb, yüksək izolyasiya şəraitində orda qalırlar. Bu tədbirlərin nəticəsində ölənlərin sayı hələ ki, bir nəfəri keçməyib. Rayonlarla əlaqənin kəsilməsi də problemlərin lokal şəkildə həll edilməsi baxımından lazımi tədbirdir. Çünki Bakı böyük meqapolisdi, gündə şəhərə bəlkə milyon adam gəlib-gedir. Onlara nəzarət eləmək çətindir. İraq olsun, bu şəkildə virusun qarşısını sonradan görülən tədbirlərlə almaq olmaz. İlkin mərhələdə yolların bağlanmasının çox böyük effektiv nəticəsi olacaq, infeksiyanın Bakıdan rayonlara, rayonlardan Bakıya yayılaraq geniş areal almasına imkan verilməyəcək”.

 

B.Vəziroğlu deyib ki, dünyada hazırda insanların qarşılaşdıqları yaşam tərzini ekstremal vəziyyət hesab etmək olar:

“Belə şəraitdə hər kəsin bir məsləhəti ola bilməz. Bu barədə dövlətin xüsusi proqramı var, bu proqram əsasında qayda-qanun tərtib olunub. Bütün tövsiyələrin hamısı qaydalarda yazılıb. Sadəcə, bizim dövlətimizə dəstəyimiz bu ola bilər ki, qoyulan qaydalara əməl edək. Şəxsi və ictimai gigiyena qaydalarına riayət edək. Dövlətin bu cür əhatəli proqramına əməl etdikdən sonra yenidən Amerika kəşf etmək ehtiyacı qalmır. Sadəcə, o qayda-qanunlara düzgün, hərf-hərf əməl eləsək, inşallah bu bəladan asanlıqla qurtulacağıq”.

 

O, vətəndaşlara sosial izolyasiyadan istifadə edərək kitab oxumağı da məsləhət görüb, kitab oxumağın həmişə gərək olduğunu, lakin indiki halda kitab oxumaq, musiqi dinləmək, filmə baxmaq üçün xüsusi məqam yarandığını vurğulayıb.

 

B.Vəziroğlu yaradıcı insanlara şəxsi arxivlərini qaydaya salmağı da tövsiyə edib:

“Həyatın əvvəlki xaoslu vaxtında bunu eləməyə imkanımız olmur. Bir də görürsən hansısa kitabı, nə vaxtsa yazdığın bir yazını axtarırsan, amma bilmirsən hara qoymusan. İndi isə zorən təsərrüfatçı olmaq, səliqə-səhman yaratmaq məqamı yetişib. Hər kəs öz evində qalıb özünün bədii təsərrüfatında səliqə-səhman yarada, arxivini qaydaya sala bilər. Çexov deyir ki, ən böyük bədbəxtlik bekarlıqdır. Bundan böyük bədbəxtlik yoxdur. Özümüz bekar qalıb bədbəxt olmağa qoymayaq, həmişə nəyləsə məşğul olaq. Onda gün də nə zaman keçir bilmirsən”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür