Deputatın rəhbərlik etdiyi partiya da Prezidentin çağırışına qoşuldu

16:43 23-03-2020 | icon 136 | Siyasət
Deputatın rəhbərlik etdiyi partiya da Prezidentin çağırışına qoşuldu

Razi Nurullayev: "Yaxın günlərdə Fondun bank hesabına müəyyən miqdarda vəsait köçürəcəyik"

 

Milli Məclisin deputatı Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) prezidentin çağırışına qoşulur.

 

Versus.Az xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev bildirib.

 

Deputat deyib:

 

"Əziz vətəndaşlar! Bildiyiniz kimi Prezident İlham Əliyev tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və ilkin olaraq Azərbaycan Prezidentinin ehtiyyat fondundan 20 milyon manat vəsait ayrılıb.

 

AXCP üzvləri olaraq bu təşəbbüsün əhəmiyyətini dərk edərək biz də bu aksiyaya qoşuluruq. Biz bu təşəbbüsü təqdirə layiq hesab edir və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirlərə dəstək veriririk.

 

Yaxın günlərdə Fondun bank hesabına müəyyən miqdarda vəsait köçürəcəyik.

Biz bu mübarizədə fonda dəstək və yardım etmək üçün bütün dostlarımızı, xalqımızı milli həmrəyliyə, bu virusa qarşı birgə mübarizəyə səsləyirik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Atəşkəs 23 dəfə pozulub

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Hərbi xidmətə çağırış müddəti uzadılır

Sabahın hava proqnozu

Rayonlarda hava kəskin dəyişəcək