“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

17:46 23-03-2020 | icon 170 | Sosial
“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.

 

Qurumdan Versus.Az-a verilən xəbərə görə, müvafiq vəsait “AzerGold” QSC-nin əməkhaqqı fondundan cəlb ediləcək.

 

Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri  də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min azn olmaqla, ümumilikdə 150 min AZN vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

 

“AzerGold” koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bir daha bəyan edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Avropa İttifaqı operativ silahlı qüvvələr yaradır

Ukrayna üçün NATO-nun qapıları açılır

5 avtomobil körpünün üstündə toqquşub

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Kütləvi etiraz və tətillər başladı

Qlobal fəlakət barədə XƏBƏRDARLIQ