İctimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldılıb

13:17 24-03-2020 | icon 102 | Sosial
İctimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldılıb

Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş müddəti bu gündən daha 3 saat azaldılıb.

 

Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejimində əksini tapıb.

 

Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

 

Bununla əlaqədar ictimai-iaşə müəssisələrinə də yeni iş rejimi tətbiq olunub. Müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

 

Bundan əvvəl martın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilmişdi.

 

Qeyd edək ki, ictimai-iaşə müəssisələrinə kafe, restoran, çayxana, internet klubları, bərbərxana və insanların toplaşdığı digər ictimai-iaşə müəssisələr daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Belə yerdəyişmələr islahat deyil” - MÜSAHİBƏ

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Hakimiyyət Rəsul Quliyevin qayıdışına imkan yaratsa..."

Nəriman Həsənzadənin 90 illiyidir

Ermənilərin Şuşadan oğurladığı xalçalarla bağlı etiraz BƏYANATI

Cəmiyyətin əfvlə bağlı əsas GÖZLƏNTİSİ

Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək olacaq

“WhatsApp” vasitəsilə bank kartlarına HÜCUM

Merdən Xocalı qətliamının ildönümü ilə bağlı BƏYANNAMƏ

Teledərslərin bu günə olan CƏDVƏLİ

Magistraturaya sənəd verənlərə XƏBƏRDARLIQ

FİFA 2021-ci ilin transfer hesabatını açıqladı

Komitə sədrindən Xalq şairinə YUBİLEY TƏBRİKİ

Afrikaya qar yağıb - FOTO

Avropa Liqasında 1/8 final həyəcanı