…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

16:15 24-03-2020 | icon 700 | Sağlamlıq
…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

Nərminə Abbasova: “Virus bədənə düşdükdən bir neçə gün sonra xəstəliyin əlamətləri başlayır”

 

Xalq arasında belə deyilirdi ki, "qar yağsaydı, xəstəlikləri öldürərdi". Amma qeyd etməyə gərək var ki, gündəmi tutan Koronavirus elə məhz qış aylarından yayılmağa başladı. Bu sayımızda Koronovirusdan deyil, ümumiyyətlə virusların aktivləşməsindən bəhs edəcəyik.

 

Versus.Az xəbər verir ki, Azərbaycanda bu qış havalar anomal keçdi ki, bu da insanların sağlamlığına müəyyən təsirini də göstərdi.

 

Təbii ki, həkim fikirləri adi insanların fikrindən fərqlidir. Məsələylə bağlı saytımıza danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bildirdi ki, qış aylarında havalar anomal keçdiyi zaman, virus, bakteriya və viruslar üçün əlverişli şərait yaranır. Həkimin sözlərinə görə, havalar soyuq keçəndə mənfi temperatur virus və bakteriyalar üçün əlverişsiz şərait yaradır:

 

"Qış aylarında bədən müqavimətinin düşməsi nəticəsində hava damcı yolu ilə keçən kəskin respiratorlar artır. Xəstəliklərin artması, xüsusilə qapalı məkanlarda, ofislərdə, ictimai nəqliyyatda daha çox baş verir. Qapalı məkanlarda insanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar. Hava temperaturu yüksək olduqda xəstəliklərin yayılma sürəti artır".

 

Nərminə xanım vurğuladı ki, qar yağdığı zaman havanın temperaturu 0 C-dən aşağı düşür, bakteriya və virusların yayılmasının qarşısı alınır. Qarın özünün virusa təsir etmədiyini qeyd edən N.Abbasova deyir ki, havanın temperaturunun aşağı olması xəstəliktörədici virusların qarşısını alır və onların inkişafı üçün şərait yaranmır. Qış aylarında bədənin müqavimətini aşağı salan bir çox dəyişiklik xəstəliyə yoluxma riskini artırır:

 

“Amma bu da sübut olunub ki, qışın gəlişi özü ilə 200-dən artıq virus və xəstəlik gətirir. Elə buna görə də, qışı "xəstəliklər fəsli" adlandırmaq olar. Qış fəslinin ən çox yayılan xəstəliyi soyuqdəymədir. Virus bədənə düşdükdən bir neçə gün sonra xəstəliyin əlamətləri başlayır. Soyuqdəymə özünü burun axması, boğaz ağrısı, qoxu və dad bilmə hissinin azalması, hərarətin artması ilə göstərir".

 

Xəstəliyin tənəffüs yolu ilə yoluxduğunu deyən həkim-terapevt bildirdi ki, xəstəliyin yayılmasının digər bir yolu isə çirkli əllərdir. Onun sözlərinə görə, xəstə ağzını və burnunu sildikdən sonra çirkli əllərlə müəyyən əşyalara toxunur və sağlam insanlar həmin yerlərə toxunduğu zaman virus yoluxur:

 

“Sağlam insan çirkli əlini ağzına və ya burnuna aparır, nəticədə də xəstələnir. Qış xəstəliklərindən qorunmaq üçün əllərin təmizliyinə diqqət yetirilməli, xəstə şəxslərin olduğu bağlı mühitlərdən, yaxın təmasdan qaçmaq lazımdır. Həmçinin, soyuğa qarşı tədbirlər görülməlidir. Qış xəstəlikləri zamanı antibiotiklərdən istifadə etmək doğru deyil. Çünki antibiotiklər virusları məhv etmir. Soyuqdəymə zamanı ağrıkəsicilər, vitaminlər, soyuqdəymə əleyhinə olan dərmanlar istifadə edərək bir həftəyə sağalmaq olar".

 

DİQQƏT!

Əgər Virus xəstəliyi ilə bağlı suallarınız varsa, yaxud müalicəyə ehtiyacı olan yaxınınız varsa, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

Əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək

176 məhbusun əfvi hamımız üçün xoş sürpriz oldu

“...erməni təxribatının cavabı olaraq Aprel döyüşü təkrarlana bilərdi” - MÜSAHİBƏ

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

"Prezidentin bu çağırışına da aidiyyatı qurumların birmənalı reaksiya göstərməsinə ehtiyac var"

XİN: "Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər"

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq - RƏSMİ

“Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”

"Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək"

Yaşı 65-dən yuxarı şəxslərin pensiyanı necə alacağı açıqlanıb

Pensiya və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib

Paşayeva və "Hünər" qrupu 500-dən artıq veterana tibbi-gigiyenik ləvazimat göndərib

İcazə vərəqələrini 20 manat müqabilində satıb

Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə çatıb

Vergilərin ödənilməsinin son müddəti açıqlanıb

“Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsi yaradıldı

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür

Keçmiş icra başçısı prorektor təyin edilib

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib