AzMİU da Prezidentin çağırışına qoşuldu

18:54 24-03-2020 | icon 283 | Təhsil
AzMİU da Prezidentin çağırışına qoşuldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual keçirilən iclasında universitetin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülməsi barədə qərar verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə AzMİU-nun mətbuat xidmətindən bildirilib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iclasda ölkə Prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları yüksək qiymətləndirib, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb.

Rektor Şura üzvlərinə müraciətində hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

İclasın gedişatında rektor prorektorlara, kafedra müdirlərinə Universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı tapşırıqlar da verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Bakı küçələri axşam saatlarında yuyulub

Azərbaycan Ordusu erməni təxribatının qarşısını alıb

Tokio-2020 üçün təsnifat turnirləri yenidən keçirilə bilər

Messi Ronaldonu qabaqlayıb, Neymar 3-cü olub

Koronavirus neqativindən evi və özünü təmizlə - QƏDİM METOD

Tualet kağızı panikası

İşsiz qalan striptizçi qadınlar yemək çatdırılması ilə məşğul olurlar – VİDEO