Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

21:15 24-03-2020 | icon 677 | Təhsil
Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirib - FOTO

Təhsil Nazirliyi Baş nazir Əli Əsədovun 24 mart tarixli 101 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli və təhsil qaydaları” qərarı kimi paylaşılan məlumata aydınlıq gətirib.

 

Versus.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı qruplarda yayılan və guya ki, həmin qərara istinad olunan məlumatlar yanlışdır:

“Belə sənəd ümumiyyətlə yoxdur. Rəsmi mənbəyə istinad edin”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatda bildirilir ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunsun. Eyni zamanda bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində tələbələrə maksimum dərəcədə güzəşt olunsun və həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilsin. “Təqaüdlərin verilməsi” prosesinin əvvəlki semestrin nəticələrinə uyğun olaraq davamlılığı təmin edilsin. Bildirilib ki, bu qərar dərc edildiyi gündən 30 gün sonraya qüvvəyə minir.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“Evlərimiz səngərə çevrilib”