Sumqayıtın icra başçısı koronavirusla mübarizəyə qoşuldu

10:06 25-03-2020 | icon 55 | Sosial
Sumqayıtın icra başçısı koronavirusla mübarizəyə qoşuldu

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 6 aylıq əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

 
 
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
 
 
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
 
 
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“Evlərimiz səngərə çevrilib”