62 yaşın mübarək, Ramiz Əmirli

10:33 25-03-2020 | icon 143 | Cəmiyyət
62 yaşın mübarək, Ramiz Əmirli

Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Otuz beş ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 28 yaşındadır. İndiyədək 3 kitabı işıq üzü görüb, ölkə mətbuatında tez-tez şeirləri çap olunur. İkinci oğlu Davudun isə 26 yaşı var, ali təhsilli mühəndisdir. İkisi də subaydır…

 

Haqqında söhbət açdığım Ramiz Əmirli 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarıstanda yaşayır…

 

Deyir ki, - "Uzun illər burada yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Bacardığım qədər Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin tədbirlərində iştirak etməkdən çəkinməmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında yazıların ölkə mətbuatında çap olunmasında xidmətlərim olub"…

 

Macarıstanda məskunlaşdığı ilk vaxtlar Varpalota Alminium zavodunda işləyib. 1993-cü ildə Budabeştə köçüblər. Elə o vaxtdan da böyük şirkətlərdən birində baş menecer vəzifəsində çalışır. 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni yaradanlardan biri olub və hazırda həmin təşkilatın prezidentidir. Bu cəmiyyətin xətti ilə çox işlər görüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…

 

Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları ilə görüşdürdüm. Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramilin azadlığa çıxması üçün il yarım vaxt sərf etdik. Bu işdə mənə bir nüfuzlu macar dostumun çox böyük köməyi dəydi və gördüyünüz kimi Ramil Səfərov artıq azadlıqdadır"…

 

Macarıstanda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Hazırda ölkədə azsaylı xalqın nümayəndəsi kimi azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışır…

 

Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad edilsin. Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməyini arzulayır…

 

Çox insanlara əl tutub. Macarıstanda 1500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub. Hətta bəzilərini evində də saxlayıb...

 

Martın 25-i bu xoşməramlı insanın 62 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayıram…

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün yeni mexanizm yaradılacaq

Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Azərbaycan mediası karantin vəziyyətində

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

“Evlərimiz səngərə çevrilib”