Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur

14:31 25-03-2020 | icon 123 | Cəmiyyət
Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur

Əlilliyi olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər məsuliyyətə cəlb olunacaq.

 

Versus.Az xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

 

Sazişə əsasən, tərəflər kvota üzrə məşğulluq qurumları və ya “DOST” mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə öhdəlik götürüblər. Tərəflərin öhdəlikləri sırasında müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallarının qarşısının alınması, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi səbəbindən əlilliyi olan işçilərin arzusu ilə Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, təqsirkar işəgötürən tərəfindən əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınmaqla iş yerləri ilə təmin edilməsi, əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin Əmək Məcəlləsi ilə tənzimlənməsinə nəzarətin gücləndirilməsi, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnun təmin edilməsi də yer alıb. Eyni zamanda əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısilə ayrı-seçkiliyə yol verilməməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməməsinin də təmin olunmasına çalışılacaq.

Xəbər lenti

Türk Birliyini bölən Erməni Virusu və mövcud durum-MÜSAHİBƏ

  Rauf Məmmədov: “Ermənistan hökuməti bu şaiyəni yaymaqla Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır”

Deputatlar koronavirusla əlaqədar tibbi test yoxlanışından keçiblər

Atəşkəs rejimi 21 dəfə pozulub

Dünyada 509 mindən çox insanda koronavirus aşkarlanıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Koronavirus pandemiyası, yoxsa dünya sisteminin transformasiyası? - MÜSAHİBƏ

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Rayonlarda hava kəskin dəyişəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Prezidentin çağırışına qoşuldu

İranda koronavirusa yoluxanların sayı 32 332-yə

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Deputatlar bir-birindən 2 metr aralı oturacaq

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrinin karantinlə əlaqədar hökumətə təklifi var

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat ianə ayırıb

“Evdə qal, evdə yarat!” təşəbbüsünə start verilib

“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı

Prezident 1 illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İctimai iaşə müəssisələrinin yeni iş rejimi

Sabah hava dumanlı olacaq

Azərbaycanda xüsusi karantin rejimi elan edilib

Vətəndaşlara ödənilmiş ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi

…İnsanlar daha asanlıqla xəstəliyi bir-birinə yoluxdururlar

AXCP sədr müavini də Prezidentin çağırışına qoşuldu

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

10 ölkə Olimpiadanın təxirə salınması üçün çağırış edib

"Azərsu" mənzillərin daxilində olan sayğacların oxunmasını müvəqqəti dayandırır

Bakı küçələri axşam saatlarında yuyulub