“İpək Yolu Sığorta” şirkəti ölkə başçısının təşəbbüsünə dəstək oldu

21:35 25-03-2020 | icon 180 | İqtisadiyyat
“İpək Yolu Sığorta” şirkəti ölkə başçısının təşəbbüsünə dəstək oldu

Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan və əsasən aviasiya sığortasında ixtisaslaşmış “İpək Yolu Sığorta” koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

 

Versus.Az xəbər verir ki, belə ki, bu məqsədlə "İpək Yolu Sığorta" şirkəti tərəfindən Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılmışdır.

 

Qeyd edək ki, "İpək Yolu Sığorta" fəaliyyətə başladığı ilk gündən respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkət müştərilərə 30-a yaxın sığorta növü üzrə xidmətlər, o cümlədən bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və digər növlər üzrə peşəkar sığorta xidmətləri təklif edir.

 

"İpək Yolu Sığorta" koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA

BDU-dan qovulan tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Tələbələrin e-telebe.edu.az portalı üzrə son müraciət TARİXİ

Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara BAŞLAYIR