İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

09:53 26-03-2020 | icon 663 | Siyasət
İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

"Onun həbsini qətiyyətlə pisləyir, Türkiyə hökumətindən, həmçinin məhkəməsindən ədalətli addım atmalarını gözləyirəm"

 

Ümid Partitasının sədri İqbal Ağazadə Mübariz Mənsimova dəstək mövqeyini sərgiləyib.

 

Versus.Az xəbər verir ki, partiya sədri bununla bağlı "Facebook" hesabında yazıb.

 

M.Mənsimovun həbsini və barəsində yazılanları günlərdir izlədiyini qeyd edən İ.Ağazadə vurğulayıb ki, onun özünü şəxsən tanımır, fəaliyyəti barədə də geniş məlumata malik deyil. Amma bu bir həftə ərzində xeyli bilgi əldə etdiyini qeyd edən partiya sədri gəldiyi qənaəti sosial hesabında bölüşüb:

 

"Mübariz Mənsimov fəaliyyəti dönəmində xeyli həmvətənimizə yardım edib, onlara dayaq olub. Xəstələr, aztəminatlı insanlar, o cümlədən Türkiyədə təhsil alan tələbələrimiz zaman-zaman Mübariz bəydən davamlı yardım görmüşlər.

Onun həbsini qətiyyətlə pisləyir, Türkiyə hökumətindən, həmçinin məhkəməsindən ədalətli addım atmalarını gözləyirəm. Çox inanmaq istəyirəm ki, müraciətləri nəzərə alaraq, Türkiyə Cümhuriyyətinin yetkililəri adil qərar qəbul edəcək, Mübariz Mənsimov barəsində həbs qətimkan tədbirini dəyişdirərək, işini davam etdirəcəyinə şərait yaradacaqlar".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP sədr müavinindən Əli Kərimliyə sərt ittiham

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

İqbal Ağazadədən Mübariz Mənsimova dəstək

ADU da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Koronavirusun səthlərdə yaşaya biləcəyi müddət açıqlanıb

Yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki...

Azərbaycan mediası karantin vəziyyətində

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Deputatlar tibbi yoxlanışdan keçiriləcək

Atəşkəs 23 dəfə pozulub

Rayonlara giriş-çıxış məhdudlaşdırılıb

Dövlət Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müəllimlər üçün online təlimlər təşkil edilir

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Hərbi xidmətə çağırış müddəti uzadılır